Sizin reklam burada728x90
Son dəqiqə:
» » Anar Bağırov vəkillərə xəbərdarlıq edib

Anar Bağırov vəkillərə xəbərdarlıq edib

25.05.2022, 10:47 Gündəm Çap et

  "Vəkillər bəzən bir-birinin fəaliyyətini ictimai şəkildə müzakirəyə çıxarır".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.
   O bildirib ki, problem varsa, bunu vəkillər öz aralarında həll etməlidirlər: "Vəkillər belə məsələləri ictimai müzakirəyə çıxarmasınlar. İctimailəşdirəndə vəkil hörmətdən düşür. Hər kəsin şərəf və ləyaqəti var. Vəkillərin nüfuzu vəkillərdən asılıdır. Biz öz nüfuzumuzu qorumasaq, heç kim bizə dəstək verməyəcək".