Sizin reklam burada728x90
Son dəqiqə:
» » Azərbaycanda 1000-ə yaxın məsciddə din xadimi fəaliyyət göstərmir

Azərbaycanda 1000-ə yaxın məsciddə din xadimi fəaliyyət göstərmir

12.11.2026, 18:32 Sosial Çap et

"Hazırda fəaliyyət göstərən din xadimlərinin sayı 1 477 nəfərdir. 2022-ci ildə "Dini etiqad azadlığı haqqında" Qanuna edilmiş dəyişikliklərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunan din xadimlərinin sayı isə 365-dir. Onlardan 30 nəfəri xaricdə, 335 nəfəri isə Azərbaycanda dini təhsil alıb".
sedanews.az  oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir:
"Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda dini təhsilə cəlb olunması əsas prioritet istiqamətlərimizdən biridir".
G.İsmayılovun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutunun 33 məzunu ölkəmizdə, 4-ü isə xaricdə din xadimi kimi fəaliyyət göstərir.