Sizin reklam burada728x90
Son dəqiqə:
» » Polis Əsgərov dəfn edildi - Foto

Polis Əsgərov dəfn edildi - Foto

20.09.2023, 12:29 Gündəm Çap et
  Qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Əsgərov Ələsgər Zakir oğlu dəfn edilib.
   REAL “Nuhçıxan”a istinadən xəbər verir ki, mərhum polisimiz yaylım atəşi və Dövlət Himninin sədaları altında Naxçıvan şəhərinin Əliabad qəbiristanlığında torpağa tapşırılıb.
   Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak ediblər. Dəfndə şəhidlərin ruhuna dualar oxunub, qəbrinə tər güllər düzülüb.