Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir - YENİLƏNİB
REAL xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Baş nazirin müavini Əli Əhmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirlər.
Qurultayda ilk olaraq Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət dinləniləcək.
Müraciətin mətnini Prezident Administrasiyasının Hümanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın oxuması nəzərdə tutulur.
Qurultay rəsmi hissədən sonra panellərlə davam edəcək.
