Dövlət Xidmətinin rəisi: "Yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib"
"Report" xəbər verir ki, o, bu barədə "Media savadlılığı" konfransında çıxışı zamanı danışıb.
İ.Musayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyəti illərində mətbuatın fəaliyyətini daim diqqətdə saxlayıb.
Məsələnin bu gün də prioritet olduğunu bildiriən natiq qeyd edib ki, sosial şəbəkə istifadəçilərinin artması kiberhücumların da sayının artmasına şərait yaradır: "Ölkəmizdə informasiya təhlükəsizliyinin cari vəziyyəti daha da gücləndirilir. Həyata keçirilən müxtəlif tədbirlər buna töhfə verir".
