sedanews.az
sedanews.az

Azərbaycanın bəzi yerlərində güclü yağış sürüşmə və çökməyə səbəb olub

3-07-2024, 14:26 160 dəfə baxılıb


  Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
  REAL xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.
  Agentlik sədri vurğulayıb ki, hazırda qurumun əməkdaşları həmin ərazilərdə araşdırma və monitorinqləri davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA