Sizin reklam burada728x90
Son dəqiqə:
» » Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb - FOTO

Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb - FOTO

19.07.2022, 11:59 633 Hadisə Çap et


  Bakının Yasamal rayonunda intihar qeydə alınıb.
  APA xəbər verir ki, hadisə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsində olan binalardan birində baş verib.
  Belə ki, 28-ci binada 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə, binanın beşinci mərtəbəsindən özünü atıb.
  Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.
  Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.