sedanews.az
sedanews.az

Metronun “8 Noyabr” stansiyasının görüntüləri

22-12-2020, 10:23 470 dəfə baxılıb

Metronun “8 Noyabr” stansiyasının görüntüləri

Bakı Metropoliteninin yeni tikilən “8 Noyabr” stansiyasının görüntüləri yayılıb.
Stansiyanın platformasında işlər yekunlaşıb. Platforma Azərbaycan bayrağı ilə bəzədilib, divarlarda işğaldan azad olunan rayonların böyük ölçüdə fotoları yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.
“8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir (Papanin).
Report.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA