Sirr deyil ki, hazırda Cənubi Qafqaz regionu uğrunda Rusiya ilə Qərb arasında soyuq savaş tarixində olmadığı qədər qızışıb. Bir yandan əsrlərdir regionda hegomonluq edən Rusiya, bir tərəfdə də Qafqazda heç vaxt olmadığı qədər bərqərar olması üçün münbit şəraitin yarandığı bir kollektiv Qərb var.
Əslində bu iki episentri də tənzimləyəcək tək bir qüvvə var - Türkiyə amili. Ankara bu gün dünyada artan ünfuzunu doğru-dürüst xərcləməklə istənilən güc mərkəzinə Türkiyənin marağını nəzərə almadan hər hansı bir addımın atılmasının mümkünsüzlüyünü başasala bilib.
Bu baxımdan hazırda Rusiya və ABŞ-ın əsas hədəfi regionun açar dövləti olan Azərbaycanın etibarını qazanmaqdır. Amma Bakı da o qədər sadəlövh görünmür. İstər Moskva, istərsə də Vaşinqton bunun fərqindədir. Ona görə də hazırda Bakı ilə təmaslar sürətlə artır.
Elə ABŞ-ın Dövlət katibi Entoni Blinkenin ötən gün Nikol Paşinyanla telefon danışığının ardınca Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng etməsi faktı da bundan xəbər verir.
Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib.
Burada iki məqam diqqət çəkir: Niyə məhz Tbilisidəki görüşü ABŞ dəstəklədi?! Rusiyaya əks siyasət yürüdən Gürcüstanda belə bir görüşün keçirilməsi Ağ Ev üçün ən uyğun variant hesab edilir. Ən azından rəsmi Moskvanın bu görüşə təmas, müdaxilə imkanları sıfra bərabər olacağı üçün.
Tbilisidə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün 3 saat davam etməsi tərəflərin müxtəlif məsələləri hərtərəfli şəkildə müzakirə edilməsinə işarədir. Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunub, bununla bağlı hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Bununla belə, danışıqların birinci raundunun konkret nəticə vermədiyini demək olar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən ikitərəfli görüş bir ilk olsa da, istənilən nəticəni vermədi. Burada görüşün mahiyyətindən çox Vaşinqton üçün Rusiyanın proseslərdən kənar qalması daha önəmli idi və ABŞ bu halın ənənəyə çevrilməsi məsələsində çox maraqlıdır.
Blinkenin İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan XİN rəhbərlərinin birbaşa dialoqunu müsbət qiymətləndirmək də əslində Rusiyanın oyundan kənar buraxılması ilə əlaqədardır. ABŞ beləcə, əsrlərdir mövcudluğunu qoruyub saxladığı, onun istəyi xaricində heç bir böyük layihənin, təmasların gerçəkləşmək imkanının olmadığını yaxşı bildiyi Rusiyanın bölgədəki əvvəlki mövqeyini itirdiyini düşünür və bu prosesin tam yekunlaşması üçün məhz Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşmasının olduqca böyük rolu olacağını düşünür.
Ad - 00:14
Bu səbəbdən də Blinken hətta N.Paşinyanla da telefon danışığı zamanı "Mən Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır" ifadələrinə xüsusi yer verib.
Əslində bu görüşlə ABŞ Rusiyanı Tiflisdən "atəşə tutdu" desək, yanılmarıq. Azərbaycan və Ermənistan XİN rəhbərləri niyə anlaşa bilmədi? Çünki ABŞ da Azərbaycanla Ermənistanın çünasibətlərinin bu sürətdə tənzimlənməsində maraqlı deyil. Vaşinqton da məhz bu iki ölkə arasındakı problemdən Rusiyanın regionda təsir imkanlarını itirənə kimi, Moskvanın fəaliyyətini deaktivləşdirənə kimi istifadə etməkdə maraqlıdır.
Tbilisidə keçirilən Bayramov-Mirzoyan görüşü ilk olsa da, tərəflər arasında həllini gözləyən məsələlərin aktuallığı, rəsmi Bakının səbir kasasının daşması tərəflər arasında növbəti görüşü aktual edəcək. ABŞ-a və kollektiv Qərbə də əslində elə məhz bu lazımdır. Vaşinqton da da yaxşı anlayır ki, proses növbəti 27 illik mənasız danışıqlar konteksində keçməyəcək. Çünki rəsmi Bakının sərgilədiyi mövqe bunun belə olmayacağını açıq-aydın nümayiş etdirir. Belə görünür ki, növbəti görüşün zamanı bəlli olmasa da ABŞ məkanın yenidən Tbilisi olması üçün bütün kanalları işə salacaq. Aydındır ki, Üzdə Tbilisi, pərdəarxasında Vaşinqton var.
Vaşinqton Ermənistanla Azərbaycanı danışıqlar masasından uzlaşdırıb Kremli üstələməklə Baltikyanı ölkələr və Şərqi Avropada olduğu kimi Cənubi Qafqazdan da Rusiyanı çıxarmağı hədəfləyir.
Rusiya əslində Vaşinqtonun bu planlarından çox yaxşı xəbərdardır. Moskva anlayır ki, Ukrayna ilə müharibə Rusiya tarixinin ən uğuyrsuz müharibəsi olmağa yaxındır. Ona görə ki, Moskva bu savaşla Rusiyanın düşmənlərinə rəvac verdi ki, ona qarşı böyük bir koalisiyanın əsası qoyulsun və belə bir dövlətin çökdürülməsi üçün açıq fəaliyyətə keçsinlər.
7.jpg)
Rəsmi Moskva Şərqi Avropada, Baltikyanıda düşdüyü pusquya Cənubi Qafqazda da düşməmək üçün indi daha zirək davranmaq fikrindədir.
Bu mənada bir neçə gün öncə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin həm Ermənistana, həm də Azərbaycana səfər etdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ulyams Börns isə yalnız Ermənistana səfər etdi. Görünür, Börnsün Azərbaycanla müzakirə edəcəyi mövzusu yox idi. Çünki Ermənistandan fərqli olaraq Azərbaycanda ABŞ-ın biolaboratoriyası yoxdur. Kreml uzun müddətdir ki, İrəvana təzyiq edir ki, həmin laboratoriya bağlansın. Digər tərəfdən Rusiya həmin labotoriyada monitorinqin aparılmasını tələb edir. Vaşinqton bunun əleyhinədir. Ulyams Börns İrəvanda baş nazir Nikol Paşinyanı inandırmağa çalışıb ki, o Rusiyanın təzyiqi altında labroratoriyanı bağlamasın və ora rusiyalı mütəxəssisləri buraxmasın.
Əslində Sergey Narışkinin də Azərbaycana gəlməsinə ehtiyac yox idi. Onu Börnsün İrəvan səfəri maraqlandırır və Paşinyanla "amerikalı baş kəşfiyyatçı sizdən nə istəyib" sualını müzakirə edib. Sadəcə, Kreml Vaşinqtondan fərqli olaraq Narışkini hər iki ölkəyə göndərməklə nümayiş etdirmək istəyib ki, Rusiya üçün həm Ermənistan, həm də Azərbaycan vacib ölkədir.
Rusiyanın ABŞ-dan fərqli olaraq Ermənistan və Azərbaycanla münasibətdə "bir köynək" yaxın olduğunu nümayiş etdirmək üçün atdığı addımlardan növbətisi də rusiyalı səfirin Şuşa səfəri idi.

Doğrudur, Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfərində qeyri-adi heç nə yoxdur. Səfir Azərbaycanın qədim şəhərini ziyarət edib. O Gəncəyə və ya Zaqatalaya getdiyi kimi Şuşaya səfər edib. Doğrudur, Rusiya, ABŞ və Fransanın ölkəmizdəki səfirləri həmsədr ölkələrin təmsilçiləri kimi digər ölkələrin səfirləri kimi Şuşaya səfərə getməməyə üstünlük verirdilər. Bu səfirlər ölkələrinin rəsmi qurumlarının təlimatı əsasında Şuşaya səfər dəvətini qəbul etmirdilər. Ancaq bunun məntiqsiz qərar olduğunu ən çox səfirlər anlayırlar. Çalışdığın ölkənin rəsmi qurumunun Şuşaya səfər təklifini qəbul etməmək həmin ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir. Rusiya səfiri amerikalı və fransalı həmkarlarını qabaqladı.
Beləcə, Rusiya kollektiv Qərbin və ABŞ-ın Rusiyanın təsir dairəsini mümkün qədər zəiflətmək, manevr imkanlarını slfra endirmək taktikasına qarşı region dövlətləri ilə daha ehtiyatlı davranmağı seçəcək kimi görünür. Bu isə istənilən halda Bakının xeyirinə olan məsələdir. Azərbaycan tərəfi bununla da Rusiyadan 10 noyabr üçtərəfli bəyanatının və Soçi görüçünün detallarına uyğun üzərinə götürdüyü öhdəlikləri icra etmək tələbi ilə çıxış edərək, 44 günlük müharibədən sonra bölgədə yarımçıq qalan bəzi məsələləri də xeyrinə yekunlaşdıra bilər.
Təhməz Əsədov
Milli.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Rusiyanı çökdürmək PLANI işə düşdü - Müharibə hələ indi başlayır
"Paşinyan üçün ən optimal çıxış yolu Azərbaycanla sülh sazişi imzalamaqdır"
Rusiya riskə gedəcək? - Azərbaycan Laçın dəhlizində postlar qura bilər
Ankara və Moskva razılaşdı: Türkiyənin Qarabağ şərtləri
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir
Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar - SİYAHI
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilir (FOTO)
Eyni mərtəbədə yaşayırlar, bir-birlərini tanımırlar - Qonşuluq niyə itir?
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib (FOTO)
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi - QƏRAR
Rusiyada taun təhlükəsi, qonşu ölkələr sərhədlərdə nəzarəti gücləndirdi
Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı
Sabah Bakıda yağış, rayonlara qar yağacaq
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Müəllim – gələcəyə yol göstərən işıq
Əziz dostum, sirdaşım Əvəz Zeynallıya vida
Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik etdi
Prezidentdən "Bakı Metropoliteni" ilə bağlı FƏRMAN
Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edildi
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı
Vüqar Bayramov: "Pensiyaların indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı - Təfərrüat
İlham Əliyev: Bizə əfsanə yaratmaq lazım deyil
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir (FOTO)
Pensiyalarla edilən dəyişiklik İZAH OLUNDU
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Ürəyinizə yaxşı baxın
Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib
Bakıda "ADEX-2026" və "Securex Caspian" sərgiləri işə başlayıb
Bu gün Cəbrayıl, Xocalı, Xocavənd öz sakinlərini qarşılayacaq
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib
Rusiya Azərbaycana və Aİİ ölkələrinə nağd rublun çıxarılmasını məhdudlaşdırıb
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıya gələn sərnişində 4 milyon manatdan artıq dəyərdə brilyant aşkarlanıb (FOTO)
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib (FOTO/VİDEO)
Azərbaycan nefti dəyər itirdi
Bu il 29 nəfər çimərkən, ümumilikdə isə 59 nəfər boğulub - FHN
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Putin Təhlükəsizlik Şurasını təcili topladı