sedanews.az
sedanews.az

"Gənc yazarlara dəstək" layihəsi

21-02-2024, 20:22 485 dəfə baxılıb

"Gənc yazarlara dəstək"  layihəsi           
  Bu gün 17 fevral 2024 cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beyləqan Bölməsinin və  Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) Beyləqan nümayəndəliyinin birgə təşkilatçılığı ilə xüsusən nümayəndəliyin rəhbəri, şair və yazıçıların dostu Mehman Əliyevin xüsusi təşəbbüsü ilə gənc yazarlarla Beyləqan Tarix Diyarşünaslıq Muzeyində görüş keçirildi. 
 Tədbirdə şair və yazıçılarımız,  Beyləqan ziyalıları,  "Araz " Ədəbi Məcəlləsinin üzvləri,  gənc yazarlarımız iştirak edirdilər. 
 Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
 Tədbiri giriş sözü ilə AYB- nin Beyləqan Bölməsinin sədri Fazil Əsəd açdı, məclisi idarə etmək üçün sözü "Gənc yazarlara dəstək" layihəsinin təşəbbüsçüsü Mehman Əliyevə verdi.       
 M.Əliyev çıxış edərək gənc yazarların davamlı  mərhələlərlə müsabiqəyə cəlb olunacağı, onlara bu yolda maddi və mənəvi dəstək göstəriləcəyini vurğuladı. 

  Tədbirdə iştirak edən Mil- Muğam Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin rəhbəri Məhəmməd Qələndərov çıxışında gənc yazarların yaradıcılıq layihəsini dəstəkləyərək onlara uğurlar arzuladı.
 Sonda bu tədbirin davamı olaraq Fazil Əsəd və Mehman Əliyev növbəti tədbirin mart ayında keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırdılar.
Sonra gənc yazarların şeirləri və nəsr nümunələri dinlənildi.
 Şair və yazıçılarımız çıxış edərək gənc yazarlara yaradıcılıq uğurları arzuladılar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA