Sizin reklam burada728x90
Son dəqiqə:
» » Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

18.04.2023, 14:11 Siyasət Çap et

   Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfərə gedib.

  Bu barədə REAL-a Müdafiə Nazirliyindən məlumat verilib.
  Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.