sedanews.az
sedanews.az

İrandan müharibəyə səbəb olacaq addım - Ekspert

9-07-2019, 14:41 24 dəfə baxılıb

İrandan müharibəyə səbəb olacaq addım - Ekspert



                İrandakı molla rejimi dünya birliyinin qayda-qanunlarını qəbul etməyib, dünyaya meydan oxumaq istəyir. 
Bu sözləri açıqlamasında Qabil Hüseynli İranın uranın zənginləşdirilməsi səviyyəsini nüvə sazişi ilə nəzərdə tutulan 3.67 faizdən yuxarı qaldırması haqqında danışarkən qeyd edib. O bildirib ki, Tehran rəhbərliyi danışıqlara getmək əvəzinə vəziyyəti daha da ağırlaşdırır və beynəlxalq qanunları kobud şəkildə pozub, qarşı tərəfi təxribata çəkir:
“Uranın zənginləşdirilməsi səviyyəsini nüvə sazişi ilə nəzərdə tutulan 3.67 faizdən yüksəltməyə başlaması İrana xeyir gətirməyəcək. Çünki Tehran ətrafında hərbi qüvvələrin cəmləşməsi və proseslərə böyük ölkələrin qoşulması antiiran koalisiyasının formalaşmasına gətirib çıxara bilər. Hesab edirəm ki, İranın bu davranışları çox böyük hərbi və siyasi mühasirəyə, hətta müharibəyə səbəb ola bilər. Məncə, İran keçmişdə İraqda yaşanan hadisələrdən nümunə götürməli və daha düşünülmüş addımlar atmalıdır”.
Politoloq hazırda İran iqtisadiyyatının çox ciddi zərbələr aldığını bildirib:
“İran iqtisadiyyatında hazırda vəziyyət çox gərgindir. Çünki xəzinə boşalır və iqtisadiyyat yavaş-yavaş çökür. Belə bir vaxta Qərblə növbəti gərginlik İran iqtisadiyyatına çox mənfi təsir edəcək. Buna görə də Tehran rəhbərliyi danışıqlara gedib bu məsələləri bir qədər yumşaltmalıdır. Çünki bu yumşalma İran üçün hazırki vəziyyəti dəyişə və iqtisadiyyatını gücləndirmək üçün çox böyük şanslar yarada bilər”.
Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi İranın uranın zənginləşdirilməsi səviyyəsini nüvə sazişi ilə nəzərdə tutulan 3.67 faizdən yüksəldiklərini açıqlayıb.
                






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA