sedanews.az
sedanews.az

Avropa əhalisinin əksəriyyəti Aİ-nın Ukraynaya dəstəyinə qarşıdır

10-06-2024, 11:58 170 dəfə baxılıb


  Avropa əhalisinin əksəriyyəti Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi yardım göndərmək öhdəliyinə və münaqişədə iştirakına qarşıdır.
  APA xəbər verir ki, Bu sözləri iyunun 9-da “İzvestiya”ya müsahibəsində almaniyalı ekspert Harli Şlanqer deyib.
  O, Rusiya ilə açıq münaqişəyə girmək istəyirmiş kimi Ukraynanın ətrafında “dolaşan” Fransa prezidenti Emmanuel Makronun bu məsələdəki mövqeyinə də toxunub. Şlanjer Fransa əhalisinin bu siyasəti bəyənməməsinə aydınlıq gətirib.
  “Avropa ölkələrində suverenlik hissi yoxdur” deyən ekspert əlavə edib ki, Avropa üçün mövcud siyasət ABŞ tərəfindən diktə olunur.
  Amerikalı analitik Maks Berqman isə düşünür ki, ABŞ Rusiya ilə qarşıdurmadan çıxsa, Avropa xaosla üzləşəcək. Onun fikrincə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə mümkün qayıdışı getdikcə Rusiya ilə qarşıdurmaya çəkilən Avropanı çətin vəziyyətə salacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA