Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında məlum Fərmanının icrası ilə bağlı 40-dan çox yeni normativ aktın layihəsi hazırlanıb, bir çoxları artıq Milli Məclis tərəfindən qəbul edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bunu parlamentin bu gün keçirilən iclasında yeni hakimlərin təyin edilməsi ilə bağlı çıxışında deyib.
Ə.Hüseynli bildirib ki, ölkəmizdə bu dövr ərzində 12 yeni məhkəmə yaradılıb, yeni kommersiya məhkəmələri artıq bu il yanvarın ayının 1-dən fəaliyyətə başlayıb:
"Eyni zamanda, hakimlərin təminatı yaxşılaşdırılıb bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilib, hakim ştatlarının sayı 200 vahid artırılıb və artıq hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçimin aparılması prosedurları yaradılıb. Eyni zamanda, vahid məhkəmə təcrübəsinin yaradılması ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilib, Ali Məhkəmənin qarşısında mühüm vəzifələr qoyulub və artıq monitorinqlərin keçirilmişi qaydası Məhkəmə Hüquq Şurası tərəfindən qəbul edilib".
Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiyaya müvafiq olaraq və Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifələrinə namizədliyi irəli sürülən hakimlərin təqdimatı Milli Məclisə göndərilib:
"Məlumat üçün qeyd edim ki, komitənin geniş iclasında hakimlərin özünün iştirakı ilə ciddi müzakirələr keçirilmiş, müzakirələrdə son dövrdə məhkəmə-hüquq islahatları çərçivəsində görülən işlər barədə məlumat verilib. Eyni zamanda, millət vəkilləri mövcud vəziyyət, hakim korpusunun fəaliyyəti, problemlər, islahatların gələcəyi ilə bağlı fikirlərini bildiriblər. Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur. Bəzi hakimlərin son yaş həddinə çatması ilə əlaqədar Ali Məhkəmədə 9 hakim ştatı vakant qalıb.
Bununla əlaqədar hakim korpusunun tərkibi prinsipial öyrənilərək qiymətləndirilib və həmin məhkəməyə apelyasiya instansiyası məhkəmələrindən aşağıdakı 9 hakimin təyin olunması təklif edilib:
Abiyeva Kəmalə Nəbi qızı - Bakı Apellyasiya Məhkəməsinin sədr müavini
Əliyev Zaur Əli oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi
Həsənov Vüqar Təvəkgül oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi
Hüseynov Abiddin Qabil oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi
Xəlilov İsmayıl Kamil oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi
Şamayev Elşad Yaquboviç - Bakı Apellyasiya Məhkəməsinin hakimi
Şəfiyev İspəndiyar Əsəd oğlu - Gəncə Apellyasiya Məhkəməsinin hakimi
Abbasov Aqil Əzizağa oğlu - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri
Novruzov Ələsgər Əli İskəndər oğlu - Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini
Eyni zamanda Bakı Apellyasiya məhkəməsinin tərkibinin möhkəmləndirilməsi məqsədilə Ali Məhkəmənin aşağıdakı 4 hakiminin ərizələri nəzərə alınmaqla onların iş yerinin həmin məhkəməyə dəyişdirilməsi təklif edilir:
Əsgərov Qürbət Ağa oğlu
İbayev Vəfaddin Ələm oğlu
İsgəndərov Akif Əsgər oğlu
Seyfəliyev Əli Səlim oğlu
Ali Məhkəmənin hakimi Aslan Kalbalıyevin isə ərizəsinə əsasən birinci instansiya məhkəməsinə keçirilməsi təklif olunur.
Məhkəmələr və hakimlər haqqında" Qanunun 93-4-cü maddəsinə uyğun olaraq hüquq sahəsində nüfuza, 20 illik iş təcrübəsinə və mənəvi keyfiyyətlərə malik şəxslər qanunla müəyyən edilmiş qaydadan kənar - birbaşa yüksək hakim vəzifəsinə təyin edilə bilər.
Bununla əlaqədar aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunması təklif edilmişdir:
Əsgərov Çingiz İsgəndər oğlu - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri
Qəribov Bəhman Fərhad oğlu - Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri
Məmmədli Bəhram Məmməd oğlu - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin baş məsləhətçisi
Qeyd edilən təyinatlar (6 hakimin Bakı Apellyasiya məhkəməsindən Ali Məhkəməyə təyinatı), həmçinin mövcud vakansiyalar nəzərə alınaraq Bakı Apellyasiya məhkəməsində əlavə hakim kadrlarına ehtiyac yaranacaqdır.
Bununla əlaqədar hakim korpusunun tərkibi təhlil edilmiş və birinci instansiya məhkəmələrinin aşağıdakı hakimlərinin Bakı Apellyasiya məhkəməsinə irəli çəkilməsi təklif olunmuşdur:
Həsənov Rəşad Məhəmməd oğlu - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi
Qurbanov Ramin Afad oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
Mehdiyev Emin Əlixan oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
Şirinov Ziya Allahverdi oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi
Tanrıverdiyev Anar Vəzir oğlu - Bakı şəhəri Səbail Rayon
Məhkəməsinin hakimi
Bununla yanaşı ölkəmizdə yeni - cari ilin yanvar ayından fəaliyyətə başlamış inzibati və kommersiya məhkəmələrinin tərkibinin bu sahələrdə xüsusi biliklərə malik şəxslərlə komplektləşdirilməsinə ehtiyac duyulur.
Bu səbəbdən apellyasiya instansiyası məhkəmələrində qeyd edilən sahədə xüsusi təcrübəyə malik aşağıdakı hakimlərin ərizələri nəzərə alınmaqla həmin məhkəmələrə keçirilməsi üçün tutduqları vəzifələrdən azad olunması təklif olunur:
Əhmədov İlham Bayram oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi
Abbasov Fehruz Novruz oğlu - Şirvan Apellyasiya Məhkəməsinin hakimi
Hüseynov Mübariz Rahil oğlu - Şəki Apellyasiya Məhkəməsinin hakimi
Hörmətli millət vəkilləri, əminik ki, ölkəmizdə həyata keçirilən islahatların vacib elementi olan məhkəmə hüquq islahatlarına hakim korpusuna edilən bu yeni təyinatlar müsbət təsir edəcək".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Fəzail İbrahimli ilə parlament rəhbərliyinə yenilik gətirildi
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Fermerlərin torpağı əlindən alına bilər
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Bu gün Milli Musiqi Günüdür
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür
13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq
Emin Əmrullayev ibtidai təhsildən danışdı
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Azərbaycan əhalisi 10,2 milyonu keçdi
Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
“Şərikli çörək” filminin ssenaristi vəfat edib
Bir sıra ərazilərdə işıq olmayacaq
“Brent” neftin qiyməti 105 dollara düşdü
Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb