Koronavirusa görə həftəsonları tətbiq olunan küçəyə çıxma qadağası iki gündür ki, sosial şəbəkələrdə müzakirə olunur. Qərarın qəbulunu yersiz hesab edənlər də var, bunun vacibliyini vurğulayanlar da.
Həftəsonları karantin rejiminin tətbiqini mənasız hesab edənlər bunu virusun şənbə-bazar günləri istirahətə çıxması ilə əlaqələndirib, bununla bağlı caps-lar hazırlayıb, Operativ Qərargahın qərarını ələ salmağa çalışırlar. Bu da, ilk növbədə, virusa qarşı inamsızlıqdan irəli gəlir. Lakin onlar bu qadağanın məqsədinin insanların yaxın təmasını heç olmasa ikigünlük azaltmaq olduğunu anlamaq istəmirlər.
Uzun müddət karantin rejimində qalmaq mümkün deyil. Beynəlxalq təcrübə də göstərir ki, bu qədər vaxt karantin rejiminin tətbiqi təkcə iqtisadi itkilərə deyil, həm də insanların psixologiyasının pozulmasına səbəb olur. Bunu nəzərə alaraq karantin rejiminin, sadəcə, şənbə bazar günlərində tətbiqi həm iqtisadiyyatımıza, həm də koronavirusa yoluxma sayına müsbət təsirini göstərə bilər.
Sosial şəbəkələrdə yayılan videolara baxsaq, görərik ki, Bakı şəhərinin mərkəz ərazilərində yaşayan sakinlər karantin qaydalarına əməl etsələr də, şəhərətrafı ərazilərdəki sakinlər bu qaydalara məhəl qoymadan küçəyə çıxıblar. Bəziləri polislə qaçdı-tutdu, gizlənqaç, bəziləri futbol, bəziləri də damda domino oynayıb. Hətta çardaqda kabab çəkənlər belə olub. Sözsüz ki, sadalanan şəxslərin əksəriyyəti polis əməkdaşları tərəfindən cərimələniblər. Məsələn, DİN-in ikigünlük statistikasına əsasən 2776 nəfər karantin qaydalarını pozduğuna görə cəzalandırılıb.
Amma bununla belə, polis nəzarətinin zəif olduğu ərazilərdə karantin qaydalarını pozmalarına baxmayaraq cərimələnməyən şəxslər olub. Onlar bunu fəxrmiş kimi lentə alıb, sosial şəbəkədə paylaşıb, qürrələniblər. Hətta karantin qaydalarını pozub, saxlanılmasına etiraz məqsədilə polisə bıçaqla müqavimət göstərənlər də olub.
Sözsüz ki, koronavirus hər kəsin həyatının altını üstünə çevirib. Amma ən çox zərbə həkimlərə və polislərə dəyib. Onlar son aylar fasiləsiz işləyib, bizim qulluğumuzda dayanıblar. Ailə üzvləri ilə normal vaxt keçirə bilməyən polis və həkimlər günboyu qoruyucu vasitələrdən istifadə edərək xidmət aparıb, bu bəlanın üstümüzdən tez çəkilməsi üçün çalışırlar.
Polisə, qaydalara tabe olmamağı müsbət halmış kimi təbliğ edənlər, səs-siqnalı eşidən kimi qaçmağa yer axtaranlar, polis görən kimi dabanına tüpürüb qaçanlar sosial şəbəkədə iki gün ərzində yayılan videoların əsas predmeti idi. Lakin sosial şəbəkələrdə ən çox diqqətimi çəkən video polis əməkdaşlarının karantin qaydalarını pozan şəxsi saxlayarkən bina sakinlərinin yuxarıdan zibil atması oldu. Video zibil atmağa düşən şəxsin buna görə 4 nəfər tərəfindən saxlanılması kimi təqdim olunsa da, avtomobildən və saxlanılan şəxsin yarıçılpaq olmasından məsələnin deyildiyi kimi olmaması aydın görünür. Videoya reaksiya iki yöndə idi. Bir qisim insan saxlanılan şəxsin tərəfini tuturdu, digərləri isə polisin. Polisə qarşı kini olan şəxslər bu videonu əsas gətirərək polislə sadə vətəndaşların arasına yenidən nifaq salmağa çalışırdılar.
Operativ Qərargahın brifinqində dəfələrlə bildirilib ki, qaydalara nə qədər çox əməl etsək, karantindən o qədər tez çıxacağıq. Bu qaydaların uzanmasına səbəb olan vətəndaşların cəzalandırılmasına görə polisə zibil atmaqdansa, bizim evdə dincəldiyimiz zaman, 31 dərəcə istidə, koronavirusun tüğyan etdiyi ərəfədə xidmət göstərən polisə təşəkkür etmək lazım idi.
Eyvandan zibil atmaq mədəniyyət deyil, polisin üstünə atmaq isə, ümumiyyətlə, qəbulolunmazdır.
Bəxtiyar Umarlı
Milli.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İki gün evdə qalsaq da, koronavirusa yoluxma sayı niyə azalmır?
Rəşad Mahmudov: Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir
İkinci dalğa başlayıb, yeganə çıxış yolu... - Aynur Camalqızı
"Qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər"
Gəncədə bir gündə 32 nəfər koronavirus infeksiyasına yoluxub
Mehdiabadda səkilər zəbt olunub, piyadalar yolda qalıb — jurnalistin çəkilişinə niyə maneçilik yaradıldı?
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Çempionlar Liqasında bugünkü OYUNLAR
Azərbaycan neftinin qiyməti bahalaşıb
Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış edib
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub (FOTO)
Trampın seçkidə uduza bilər
POS-terminal tariflərinin azaldılması təklif olunur
Azərbaycanda bu əcnəbilərdən iş icazəsi tələb olunmayacaq
Hərbi hissəni özbaşına tərk edənlər cərimələnəcək
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Bu ayın pensiyaları ödənildi
Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Metropoliten bu gün xüsusi rejimdə işləyəcək
Mətbuat Şurası Türkiyə mediasına çağırış etdi
Əli Əsədov yeni qərar imzaladı
Repetitor xərcləri valideynləri özəl məktəblərə yönəldir?
AzTV avadanlıqlarına 1 milyon xərcləyəcək
Pensiyaçılara şad xəbər - Sabah ödəniləcək
Prezident energetikləri təltif edib – SİYAHI
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman
Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 29 %-dən çox azaldıb
Azərbaycanın xarici ticarət dövriyyəsi 5 %-dən çox artıb
D vitaminini hansı qidadan almaq olar?
Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı uzadıldı
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Prezidentlikdən əvvəl və sonra Nobel qazanan dövlət başçıları