sedanews.az
sedanews.az

Çelyabinskdən Bakıya birbaşa aviareys açılacaq

22-12-2020, 11:46 388 dəfə baxılıb

Çelyabinskdən Bakıya birbaşa aviareys açılacaq

Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə alıb.
“Report”un məlumatına görə, bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyinin (Rosaviasiya) yaydığı xəbərdə deyilir.
Bildirilir ki, Agentliyin qərarına əsasən, aviareyslər Çelyabinsk şəhərindən Bakıya həyata keçiriləcək.
Bundan başqa, Rosaviasiyanın digər qərarına əsasən, Çelyabinskdən Özbəkistanın Fərqana və Səmərqənd şəhərlərinə də aviauçuşlar həyata keçiriləcək. Bu uçuşları “Severnıy veter” aviaşirkəti yerinə yetirəcək.
Qeyd edək ki, hazırda Çelyabinskdən beynəlxalq reyslər həyata keçirilmir. Buna səbəb həmin hava limanının xaricə icazə verilən uçuşlar siyahısına daxil edilməməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA