Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik, Ermənistan rəhbərliyinin aqressiv ritorikası və təmas xəttində ermənilərin müntəzəm təxribatları mühüm bir sualın səsləndirilməsini qaçılmaz edir: Ermənistanı kim və necə silahlandırır? Özünü təcridə yuvarlatmış ölkə necə olur ki, qəflətən hərbi texnika, sursat, hərbi-texniki vasitələrlə təmin olunur?Bu yaxınlarda, iyul ayında Tovuzdakı döyüşlərdə bu sual xüsusi aktuallıq kəsb etdi: Rusiyadan, Serbiyadan və başqa ölkələrdən Ermənistana çox müəmmalı aviareyslər aşkarlandı. Təyyarələr bir qayda olaraq Ermənistana hərbi yüklər daşıyırdılar. Özü də əksər hallarda dolanbac marşrutlarla.
Day.Az bu problemdən təfərrüatlı şəkildə bəhs etmişdi.
Azərbaycan qəti etirazını bildirdi - özü də tək yük yollayan ölkələr yox, həm də bu tranzit üçün səmasını təqdim etmiş dövlətlərə. Silah və hərbi texnika daşınmasının qaydaları tələb edir ki, "hava dəhlizi" verən ölkə yük, onun daşındığı son məkan barədə məlumatlanmalıdır. Lakin bu qaydalara əməl olunubmu - dəqiq bilinmir.
Belə ölkələr arasında qonşu İran da var.
Day.Az son həftələrdə İran-Küveyt marşrutu ilə gerçəkləşdirilmiş çox qəribə aviareyslər barədə məlumatlar əldə edib. "Maraqlı"dır ki, o reyslərin hamısı Ermənistandan keçməklə, İrəvandakı Zvartnos hava limanına enişlə gerçəkləşdirilib.
Beləliklə...
Avqustun 13-də İranın "Fars Air Qeshm" aviaşirkətinin Boeing 747 təyyarəsi yerli vaxtla 16.05-də Tehrandan İrəvana uçub. Təyyarə İrəvan hava limanında 7 saat qalıb, sonra Küveytə uçub, avqustun 14-də, səhər saatlarında isə oradan Tehrana qayıdıb.
Bir həftə keçib və 21 avqustda yerli vaxtla 15.00-da "Fars Air Qeshm" aviaşirkətinin elə həmin Boeing 747 təyyarəsi Tehrandan İrəvana uçub. Ertəsi gün səhər erkən saatlarda təyyarə İrəvandan Küveytə yollanıb. Avqustun 22-də isə Küveytdən Tehrana qayıdıb.
Bu reyslər müntəhəm olmayıb. Növbəti müəmmalı aviareys 26-27 avqustda olub. Yenə Boeing 747, yenə "Fars Air Qeshm" və yenə də Tehran-İrəvan-Küveyt marşrutu, oradan da geriyə, Tehrana.
Sentyabrın əvvəlində daha bir insident olub. Mediada yayılan xəbərlərlə görə, nömrə nişanları olmayan hərbi yük maşınlarından və digr xüsusi texnikadan ibarət karvan İran-Ermənistan sərhədini "Norduz" nəzarət-buraxılış məntəqəsindən keçib.
Yeri gəlmişkən, bir qədər əvvəl digər qonşumuz - Gürcüstan ərazisini Ermənistana hərbi tranzit üçün qapalı elan etmişdi.
İrandan isə yüklər heç bir problem olmadan keçib.
İranın Bakıdakı səfirliyi onda bəyan etmişdi ki, bütün bunlar hansısa "üçüncü qüvvələrin yaydığı yalan və dezinformasiyadır".
"Belə informasiya iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərin pozulmasına yönəlib, həqiqətə əsla uyğun deyil", - səfirliyin məlumatında deyilirdi.
Dostluq və əməkdaşlıq gerçəkdən də ölkələr arasındakı istənilən ikitərəfli münasibətlərin mühüm göstəriciləridir. Bununla belə, İrandan Küveytə müəmmalı, İrəvandakı aeroportda saatlarla dayanmaqla qəribə uçuşlar nəinki dyanmayıb, əksin, daha da intensivləşib.
Özü də tək İrana yox.
Məsələn, sentyabrın 15-də elə həmin "Fars Air Qeshm" aviaşirkətinin Boeing 747 təyyarəsi Tehrandan İrəvana uçub, orada bir neçə saat qalıb, sonra "adət edilmiş" marşurtla Küveytə yollanıb. Küveytdən isə həmin təyyarə təbii ki, birbaşa Tehrana qayıdıb.
Sentyabrın 16-da isə sözügedən aviaşirkət təyyarəsini Tehrandan İrəvana yollayıb. Zvartnots hava limanında 7 saat qalan təyyarə sonradan Birləşmiş Ərəb Əmirliklərinə, Ras əl Hayma yolanıb. Ertəsi gün təyyarə Tehrana qayıdıb.
Sentyabrın 17-də də Tehran-İrəvan-Küveyt-Tehran marşrutu ilə daha bir reys gerçəkləşdirilib.
Beləliklə, demək olar ki, Tehrandan ən azı 7 müəmmalı aviareyslə yüklər İrəvandan keçməklə daşınıb. Bütün avieryslərdə İran aviaşirkətinin təyyarəsi olub və o, nədənsə Tehrandan Küveytə birbaşa yox, Ermənistandan keçməklə uçub.
Ciddi suallar yaranır. Bu Boeing-lər İrəvana niyə uçub? Tehrandan Ermənistana nə daşınıb? Ermənistandan sonradan Küveytə nə daşınıb?
Bölgədəki gərginliyi, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı eskalasiyasını və silahla hərbi texnikann əvvəllər də Ermənistana üçüncü ölkələr vasitəsilə daşınmasının sübut olunduğunu nəzərə alsaq, suallar aktual və əsaslıdır.
İran qonşumuz və tərəfdaşımızdır. Əgər həmin təyyarələrlə "spesifik" yüklər daşınmayıbsa, düşünürük ki, İran tərəfi Azərbaycanın narahatlığını anlayacaq, qəribə vəziyyətə aydınlıq gətirəcək.
Fəqət redaksiyamızın əldə etdiyii sənədlər və məlumatlar bizi düşünməyə vadar ki, müsəlman ölkələrinin birliyi və İran məmurlardan eşitdiyimiz digər çoxsaylı ifadələrlə sözləri əməllərlə də sübut etmək heç pis olmazdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Trampa sui-qəsdin yeni görüntüləri
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
Bir boğaz, milyardlarla zərər: Qlobal böhran dərinləşir
Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq - SƏBƏB
Türkiyədə qalan azərbaycanlılar üçün pis xəbər
Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ
Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ
Azərbaycanda buğda istehsalı artır, amma tələbat tam ödənmir - SƏBƏB
Tramp Ukraynanın məğlubiyyətini elan etdi
Mayda iki gün işdən tez çıxacaqsınız - TARİXLƏR
Təhsilin zirvəsində parlayan imzalar
Bazarda rekord AZALMA - Neft ucuzlaşdı
Dolların sonu yaxınlaşır? - Əsl həqiqət üzə çıxdı
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bakının bu küçələrində sıxlıq var
Qızıl və gümüş ucuzlaşdı
Təbii qazın dəyəri azaldı
Daha bir məşhur bakılı vəfat etdi
ABŞ-ın İran savaşında itirdikləri...
“Axios”: İran ABŞ-a Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib
General hərbi ekspertlə bağlı sirləri açdı
Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
İran Rusiyanı Hörmüzdən keçid üçün rüsumdan azad etdi
5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı
Bakıda torpaq uçqunu
Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
Bakıda internat məktəbinin yataqxanasında yanğın
Rusiya müharibənin gələcəyini yenidən formalaşdırır
İsrail səfirliyindən Azərbaycanla bağlı açıqlama
Yaxın Şərqdə böhran: Dünyanın enerji xəritəsi dəyişir
ABŞ-İran danışıqları: İslamabadda əməliyyat keçirildi
Netanyahu gəlsə, həbs ediləcək - Magyar
Ağcabədidə ağır qəza: ölən var
Bakıda ağır qəza: ölən var
Rusiyanın iki desant gəmisi məhv edild
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Azərpoçt"un rəhbəri işdən çıxdı - Yeni təyinat
Pulumuzun neçə faizi ərzağa xərclənir?
İsrail sübut etdi ki, əsl müttəfiqdir - Tramp
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi