sedanews.az
sedanews.az

Daha bir qəsəbədə içməli su şəbəkəsi yaradılır - RƏSMİ + FOTO

30-03-2021, 16:24 436 dəfə baxılıb

Daha bir qəsəbədə içməli su şəbəkəsi yaradılır - RƏSMİ + FOTO


“Azərsu” ASC daxili imkanları hesabına Abşeron rayonunun Görədil qəsəbəsinin bağ massivi adlanan ərazisində mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradır.  
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib. 
Bildirilib ki, Görədil qəsəbəsinin bağ massivi ərazisində indiyədək mərkəzləşdirilmiş su təchizatı sistemi olmayıb. Əhalinin içməli suya olan tələbatı uzun illər fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun olmayan xətlər vasitəsilə ödənilib.  Buna görə də  içməli su təchizatında ciddi çətinliklər müşahidə olunub. İstismara yararsız olan həmin xətlərdə tez-tez qəzaların baş verməsi sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olub, suyun keyfiyyəti üçün müəyyən risklər yaradıb. Xüsusilə yay mövsümündə belə xətlər vasitəsilə normal su təchizatını aparmaq mümkün olmurdu.
Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, dəqiq uçotun qurulması, su itkilərinin qarşısının alınması üçün bu ilin mart ayında yeni layihənin icrasına başlanılıb.
“Azərsu” ASC tərəfindən daxili imkanlar hesabına həyata keçirilən layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən fərdi su xətləri ləğv olunur. Əvəzində müxtəlif diametrli borularla 2,5 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidəki bütün fərdi yaşayış evləri yeni şəbəkəyə qoşulacaq və hər bir abonent sayğacla təmin ediləcək. 
Tikinti-quraşdırma işlərinin cari ilin may ayında başa çatdırılması nəzərdə tutulur. Yeni infrastruktur ərazidə sabit hidravlik rejim təmin olunmasına və əhalinin dayanıqlı su təminatına imkan yaradacaq. 
Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Abşeron rayonu ilə yanaşı, Binəqədi, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin Hacıqabul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA