sedanews.az
sedanews.az

Azad edilən ərazilərdə çalışacaq müəllimlərə güzəşt ediləcəkmi?

17-12-2021, 12:00 311 dəfə baxılıb

Azad edilən ərazilərdə çalışacaq müəllimlərə güzəşt ediləcəkmi?


"Azad edilən ərazilərdə çalışacaq təhsil işləri üçün hər hansı güzəştlərin edilməsi ilə bağlı hazırda müzakirə yoxdur. Çünki həmin ərazilərdə hələ minatəmizləmə işləri davam edir".
"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb: "Təbii ki, ümumilikdə bir çox məktəblərdən söhbət gedir. Yəqin ki, orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Onlar həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu, çox ciddi planlaşdırma tələb edən işdir".
Nazir bildirib ki, hazırda azad edilən ərazilərə qayıdacaq təhsil işçiləri üçün güzəşt paketi ilə bağlı müzakirə mərhələsinə çatılmayıb: "Nə qədər müəllimin orada çalışması məsələsi də hələ müəyyənləşməyib. Bu, konkret rəqəm tələb edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA