sedanews.az
sedanews.az

ADY: Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olunub

29-08-2024, 12:37 30 dəfə baxılıb

  Qızılburun-Gilgilçay istiqamətində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, qatarların hərəkəti qrafik üzrə təmin olunub.
  REAL bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.
Məlumata görə, bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
  Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş vermiş, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.
  Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA