sedanews.az
sedanews.az

“Qoşulmama Hərəkatının üzv dövlətlərinin Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməsi əldə etdiyimiz növbəti uğurdur”

4-07-2022, 09:49 376 dəfə baxılıb

   Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatının irəli sürdüyü təşəbbüslər onun fəaliyyətinin səmərəsindən xəbər verir. Bu o deməkdir ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə qarşı bəslənilən böyük etimaddır. Prezident İlham Əliyev cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı vurğulamışdır ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlmişdir. Bu məqam üzv dövlətlərin diqqətini çəkən məqamdır və Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonunadək uzadılması əbəs deyil.
  Bakı konfransı əlamətdar hadisədir. Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək üçün fəaliyyət göstərmir o, eyni zamanda beynəlxalq arenada daha fəal rol oynamaq istəyir. Azərbaycan bunu görmək arzusundadır. Azərbaycan tərəfi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bütün üzv dövlətlərin maraqlarına uyğun qurulmasını təmin etmək üçün mövcud mexanizm və resurslardan istifadə etmişdir. Unutmaq olmaz ki, uzun müddət davam edən pandemiya, silahlı münaqişələr, iqlim dəyişikliyi nəticəsində dünya böyük transformasiya dövrünü yaşayır, qlobal təhlükəsizlik və inkişaf strukturu çox ciddi dəyişikliklərə məruz qalmışdır. Bütün bunları nəzərə alaraq, qeyd etmək istərdim ki, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılmasında Qoşulmama Hərəkatının təməl ideallarının və rolunun davamlı əhəmiyyəti böyükdür. 
   Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli məsələsi demək olar ki, gündəlikdə duran gözəl ideya və təşəbbüslərdən biridir. Digər vacib təşəbbüslər isə Gənclər Şəbəkəsi və Azərbaycanın irəli sürdüyü, üzv dövlətlər tərəfindən dəstəklənən Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Unutmaq olmaz ki, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Bu səbəbdən dolayı dövlətimiz ədalətsizliyə düçar olan dövlətləri daha yaxşı başa düşür və növbəti dəfə daha səmərəli yeni təşəbbüslər irəli sürmək iqtidarındadır.     Azərbaycan bu günə qədər olduğu kimi, bu gündən sonra da Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəkdir.

Pərvanə Cəfərova
Suraxanı rayon fəal gənci






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA