sedanews.az
sedanews.az

Qoşulmama Hərəkatı Parlametinin Bakı konfransı

4-07-2022, 09:55 310 dəfə baxılıb

   Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatı olduğunu, və bunun yeganə təşəbbüs deyil, digər vacib bir təşəbbüs də Gənclər Şəbəkəsinin yaradılması və bunların Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlar olduğunu bildirmişdir. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüsü də Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması olmuşdur. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin dəstəklənməsi, 120 üzv ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Qoşulmama Hərəkatına sədrliyinin uzadılması təsadüfi deyil. Azərbaycanın Qoşulmama Hərəkatının üzv dövlətlərinin ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsinin əlamətidir. Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı, təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.
  Azərbaycan tərəfindən qəbul edilən Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul olunur. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, dövlətlər arasında heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.
  Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə, təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, həmçinn ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmuşdur.
Azərbaycan dövləti Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdi. Bu vəsaitin yarısını Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa göngöndərdi.
  Pandemiyanın başlanğıc dövründə bəzi zəngin ölkələrin onlara lazım olduğundan üç və ya dörd dəfə çox peyvəndləri tədarük edərək və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum etməklə peyvənd millətçiliyi yaradan zaman, Azərbaycan buna qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri oldu. Digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq daima ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə, haqsızlığa, ikili standartlara və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edir və edəcəkdir.
  Azərbaycan xalqının ədalətli mübarizəsini Qoşulmama Hərəkatının üzv dövlətləri daima dəstəkləyir. Hərəkatda təmsil olunan ölkələr Azərbaycana qarşı mahiyyətli bəyanatı, ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
  Dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri Azərbaycan idi. Ərazimizin 20 faizinin Ermənilər tərəfindən işğal edilməsi Qərbi Azərbaycanın və Qarabağın etnik təmizləməsi ilə nəticələndi. Bir milyon azərbaycanlı öz dədə baba yurdlarını tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşdülər. Erməni işğalçıları tarixi və dini irsimizi yer üzündən siliblər. Məscidlərimizi təhqir ediblər, mədəni və dini abidələrimizi dağıdıblar – bunlar faktlardır və bunu hər kəs görə bilər. 
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və haqq, ədalətin bərpası üçün ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət oldu.
  Azərbaycanın münaqişəni həll etdikdən, işğala son qoyduqdan, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etdikdən sonra Minsk qrupuna ehtiyac yoxdur. Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir. 2020-ci il sentyabrın 27 başlanan əks-hücum əməliyyatı və noyabrın 10-a kimi, 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya olundu və məğlubiyyətini etiraf etdi. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.
  Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, dünya üzrə qlobal məsələdir. Bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması yox, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması və onlara məhəl qoyulmaması idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.
  Qoşulmama Hərəkatı beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü ən vacib təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına, maddi, mənəvi qarşılıqlı köməkliyə yönəlib. Əvvəllər Qoşulmama Hərəkatının tarixində bununla bağlı bir çox müzakirələr olub və bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik. Bunların qarşısını almaq və vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını qorumaq üçün birlikdə fəaliyyətimiz vacib məsələdir. 
Elburus Xəlilov 
Suraxanı rayonu Hövsan 
Bələdiyyəsinin sədri 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA