sedanews.az
sedanews.az

Qoşulmama Hərakatı

4-07-2022, 10:52 382 dəfə baxılıb

   Son illərdə Azərbaycanın beynəlxalq nüfuzu artmaqdadır. Bu istər ölkə ictimaiyyəti, istərsə də xarici dövlətlərin siyasətçiləri tərəfindən  birmənalı şəkildə qəbul edilir. Son 18-19 il ərzində Azərbaycanın bir çox beynəlxalq tədbirlərə evsahibliyi etməsi, dünya ölkələri liderlərinin, nüfuzlu siyasət, iqtisadiyyat, elm-sənət və mədəniyyət nümayəndələrinin bu tədbirlərdə iştirakı fikrimizi bir daha təsdiq edir.
  Bu beynəlxalq nüfuzu ölkəmizə qazandıran, dünyanın siyasi xəritəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsini təmin edən, xalqımızın Ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı, bu gün də Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən müstəqil siyasi xətdir. 
Qoşulmamama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilatdır və bütün tarixi boyu beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayır. Qoşulmama Hərəkatı ilkin olaraq 1956-cı ildə təşkilat kimi yaranıb və bir müddət sonra hərəkata çevrilib. Qoşulmama ifadəsi ilk dəfə 1953-cü ildə BMT-də səslənib. 1961-ci ildə soyuq müharibə dövründə hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən dünyadakı gərginliyi azaltmaq məsqədilə yaradıldığı bildirilir. Qoşlmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə təşkilata üzv olan dövlətlərin sayı 120-ə çatıb, müşahidəçi ölkələrin sayı isə 17 olub. Blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.
   Özünün beynəxalq təhlükəsziliyini möhkəmləndirməyə çalışan Azərbaycan Respublikası bu hərəkata 2011-ci ildə qoşulub. 2019-cu ildə isə ölkəmiz artıq hərəkatın XVIII Zirvə toplantısına ev sahibliyi edib. Ölkəmiz, eyni zamanda, 2019-2022ci illərdə Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürüb.
   Qoşulmama Hərəkatında sədrliymiz COVİD 19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə  öz rolunu fəal oynayan ölkələrədən biri idi. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.
Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi. Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, Qoşulmama  Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin şahidi olduq. Digər vacib həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən vacib dövrə təsadüf etdi. Biz öz torpaqlarımızda savaşırdıq, biz ədaləti bərpa edirdik. Əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya, qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.
   Bu sadəcə şifahi kampaniya və ya ictimai ittiham deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan , Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamlar bloklandı və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. 
Qoşulmama Hərəkatına sədrliyimiz yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik.
   Respublikamızın Qoşulmama Hərəkatının sədri kimi bütün üzv dövlətlərin maraqlarını müdafiə etməsi, bununla bağlı beynəxalq hüququn norma və prinsiplərini diqqətdə saxlaması nəticəsində bu təşkilata üzv ölkələrin əksəriyyəti yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq, Azərbaycana bir daha öz dəstəyini ifadə edib.

Arzu Məmmədli
Suraxanı rayonunun fəal gənci







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA