sedanews.az
sedanews.az

Naxçıvanda 20 Yanvar şəhidləri anılıb

20-01-2023, 12:59 251 dəfə baxılıb

   Naxçıvanda 20 Yanvar şəhidləri anılıb.
  REAL xəbər verir ki, ölkənin hər yerində olduğu kimi muxtar respublikada da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.
   Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
   Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA