sedanews.az
sedanews.az

Qubada marafon qaçış yarışı keçirilib - VİDEO

23-12-2024, 12:17


   Prezident kuboku uğrunda 132 atlet mübarizə aparıb
Ölkəmizdə ilk dəfə Qubada tam məsafəyə marafon qaçış yarışı keçirilib. Prezident Kuboku uğrunda yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər Qaçış Klubu"nun birgə təşkilatçılığı ilə baş tutub. Marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Belçika təmsilçiləri də yer alıblar. Yarışda ümumilikdə 132 atlet mübarizə aparıb. Marafona start verilməzdən öncə Quba Olimpiya İdman Kompleksində yarışın açılış mərasimi keçirilib. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Atletika Federasiyasının prezidenti Cavid Qurbanov çıxış edərək, ölkəmizin idman sahəsində qazandığı nailiyyətlərdən danışıb, marafon iştirakçılarına uğurlar arzulayıblar.   Daha sonra yarışa start verilib. Marafon iştirakçıları 42 kilometr 195 metr məsafədə yarışıblar.
Marafonun yekununda kişilərin mübarizəsində Türkiyə təmsilçisi Ahmed Alkanoğlu 02:40:37 göstərici ilə "Prezident kuboku"nun qalibi olub. Elman Abışov 2-ci, Ağa Əliyev 3-cü yeri tutub. Qadınların mübarizəsində Leyla Abdinova 03:28:48 nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yuliya Belkova finişə 2-ci, Natalya Şiyanova isə 3-cü gəlib. 40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyasında müvafiq olaraq kişilərdə Qin Ru, Yadigar Hüseynov və Tapdıq Dadaşov, qadınlarda isə Aynur Kazımova və Gülparə Əliyeva qalib adını qazanıblar. Sonda qaliblərə mükafatlar təqdim olunub.
 











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA