sedanews.az
sedanews.az

AVRO-2020: İlklərlə zəngin turnir - BİLMƏDİKLƏRİMİZ

10-06-2021, 11:10 19 dəfə baxılıb

AVRO-2020: İlklərlə zəngin turnir - BİLMƏDİKLƏRİMİZ

Sabah futbol üzrə Avropa çempionatı (AVRO-2020) start götürəcək.
Oxu.Az xəbər verir ki, bir aylıq marafonun dörd oyunu Bakıda keçiriləcək. Ona görə də azərbaycanlı azarkeşlər də Avropanın ən möhtəşəm futbol turnirinin həyəcanını yaxından izləmək imkanı əldə edəcək. Bakı Olimpiya Stadionunda A qrupunun üç matçı və 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.
AVRO-2020-nin ilkləri
AVRO-2020 bir çox ilkləri ilə yadda qalacaq. 
İlk dəfə bu yarış Avropanın 11 şəhərində keçiriləcək. Qeyd etdiyimiz kimi, bu şəhərlərdən biri də Bakıdır. 12 şəhərdə keçirilməsi ideyası (daha sonra İrlandiya hökuməti stadiona azarkeş buraxmaqdan imtina etdiyindən, Dublin şəhərindən ev sahibliyi hüququ alınıb – S.M.) hələ 2012-ci ildə UEFA-nın o vaxtkı prezidenti Mişel Platiniyə məxsus olub. Bu, UEFA-nın 60 illik yubileyinin məhz 2020-ci ildə qeyd olunması ilə əlaqədardır.
Lakin yarış ilk dəfə nəzərdə tutulduğu vaxtda yox, 2021-ci ildə baş tutacaq. Bu da ötən il koronavirus pandemiyasının dünyanı cənginə alması ilə bağlı olub.
İlk dəfə Avropa çempionatı zamanı stadionlara azarkeş buraxılmasına məhdudiyyət qoyulacaq. Bu da pandemiya ilə bağlıdır. Məsələn, son qərara əsasən Bakıdakı dörd oyunun hər birinə Bakı Olimpiya Stadionunun 50%-i həcmində, yəni 35 min tamaşaçının buraxılmasına icazə veriləcək.
Həmçinin, VAR (video assistant referee) sistemi ilk dəfə məhz bu Avropa çempionatında tətbiq ediləcək.
Favoritlər
31 gün davam edəcək turnirdə qitənin 24 ən güclü komandası çıxış edəcək. Altı qrupun hər birində 4 komanda 1/8 final mərhələsinə çıxmaq üçün çalışacaq.
Final matçı iyulun 11-də baş tutacaq yarışda ümumilikdə 51 qarşılaşma təşkil olunacaq. Çempionatın favoriti qismində son dünya çempionu və son Avropa çempionatının meydan sahibi və finalçısı Fransa, həmçinin Belçika, İngiltərə, İtaliya kimi millilər görülür. Ancaq hər zaman Avropa çempionatlarında sürpriz qalibin olması mümkündür və bu dəfə də belə olacağı istisna deyil.
Turnirin açılış oyunu Roma Olimpiya Stadionunda, bağlanış – final matçı isə Londonun “Vembli” arenasında baş tutacaq. Turnrin rəsmi mahnısı “We are the people” (“Biz xalqıq”) olacaq. Məhz bu mahnını açılış matçından əvvəl niderlandlı Dicey Martin Qariksin müşayiəti ilə irlandiyalı Bono və ingiltərəli Ecdən ibarət rok qrupu ifa edəcək.
Yarışın rəsmi maskotu “Skilzi” adlanır. Bu, ingilis dilindəki skill (bacarıq) sözündən götürülüb, onun topla sərbəst davranma bacarıqlarına malik olduğunu göstərir.
Qruplar
A qrupu (Roma/Bakı): Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu (Kopenhagen/Sankt Peterburq): Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu (Amsterdam/Buxarest): Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya
D qrupu (London/Qlazqo): İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya
E qrupu (Sevilya/Sankt-Peterburq): İspaniya, İsveç, Polşa, Slovakiya
F qrupu (Münxen/Budapeşt): Macarıstan, Portuqaliya (son Avropa çempionu), Fransa, Almaniya
Təqvim (saatlar Bakı vaxtı ilə göstərilib)
Qrup mərhələsi
11 iyun
A qrupu. Türkiyə – İtaliya (23:00, Roma)
12 iyun
A qrupu. Uels – İsveçrə (17:00, Bakı)
B qrupu. Danimarka – Finlandiya (20:00, Kopenhagen)
B qrupu. Belçika – Rusiya (23:00, Sankt-Peterburq)
13 iyun
D qrupu. İngiltərə – Xorvatiya (17:00, London)
C qrupu. Avstriya – Şimali Makedoniya (20:00, Buxarest)
C qrupu. Hollandiya – Ukrayna (23:00, Amsterdam)
14 iyun
D qrupu. Şotlandiya – Çexiya (17:00, Qlazqo)
E qrupu. Polşa – Slovakiya (20:00, Dublin)
E qrupu. İspaniya – İsveç (23:00, Bilbao)
15 iyun
F qrupu. Macarıstan – Portuqaliya (20:00, Budapeşt)
F qrupu. Fransa – Almaniya (23:00, Münxen)
16 iyun
B qrupu. Finlandiya – Rusiya (17:00, Sankt-Peterburq)
A qrupu. Türkiyə – Uels (20:00, Bakı)
A qrupu. İtaliya – İsveçrə (23:00, Roma)
17 iyun
C qrupu. Ukrayna – Şimali Makedoniya (17:00, Buxarest)
B qrupu. Danimarka – Belçika (20:00, Kopenhagen)
C qrupu. Hollandiya – Avstriya (23:00, Amsterdam)
18 iyun
E qrupu. İsveç – Slovakiya (17:00, Dublin)
D qrupu. Xorvatiya – Çexiya (20:00, Qlazqo)
D qrupu. İngiltərə – Şotlandiya (23:00, London)
19 iyun
F qrupu. Macarıstan – Fransa (17:00, Budapeşt)
F qrupu. Portuqaliya – Almaniya (20:00, Münxen)
E qrupu. İspaniya – Polşa (23:00, Bilbao)
20 iyun
A qrupu. İtaliya – Uels (20:00, Roma)
A qrupu. İsveçrə – Türkiyə (20:00, Bakı)
21 iyun
C qrupu. Şimali Makedoniya – Hollandiya (20:00, Amsterdam)
C qrupu. Ukrayna – Avstriya (20:00, Buxarest)
B qrupu. Rusiya – Danimarka (23:00, Kopenhagen)
B qrupu. Finlandiya – Belçika (23:00, Sankt-Peterburq)
22 iyun
D qrupu. Çexiya – İngiltərə (23:00, London)
D qrupu. Xorvatiya – Şotlandiya (23:00, Qlazqo)
23 iyun
E qrupu Slovakiya – İspaniya (20:00, Bilbao)
E qrupu. İsveç – Polşa (20:00, Dublin)
F qrupu. Almaniya – Macarıstan (23:00, Münxen)
F qrupu. Portuqaliya – Fransa (23:00, Budapeşt)
Hər qrupda ilk iki yeri tutan komanda və üçüncü yeri tutanlar arasında dörd ən yüksək göstəricisi olan komanda növbəti mərhələyə çıxır.
1/8 final mərhələsi
26 iyun
1. A qrupunun 2-cisi – B qrupunun 2-cisi (20:00, Amsterdam)
2. A qrupunun 1-cisi – C qrupunun 2-cisi (23:00, London)
27 iyun
3. C qrupunun 1-cisi – D/E/F qrupunun 3-cüsü (20:00, Budapeşt)
4. B qrupunun 1-cisi – A/D/E/F qrupunun 3-cüsü (23:00, Bilbao)
28 iyun
5. D qrupunun 2-cisi – E qrupunun 2-cisi (20:00, Kopenhagen)
6. F qrupunun 1-cisi – A/B/C qrupunun 3-cüsü (23:00, Buxarest)
29 iyun
7. D qrupunun 1-cisi – F qrupunun 2-cisi (20:00, Dublin)
8. E qrupunun 1-cisi – A/B/C/D qrupunun 3-cüsü (23:00, Qlazqo)
1/4 final mərhələsi
2 iyul
1-ci 1/4 final. 6-cı cütün qalibi – 5-ci cütün qalibi (20:00, Sankt-Peterburq)
2-ci 1/4 final. 4-cü cütün qalibi – 2-ci cütün qalibi (23:00, Münxen)
3 iyul
3-cü 1/4 final. 3-cü cütün qalibi – 1-ci cütün qalibi (20:00, Bakı)
4-cü 1/4 final. 8-ci cütün qalibi – 7-ci cütün qalibi (23:00, Roma)
1/2 final mərhələsi
6 iyul
1-ci yarımfinal. 2-ci 1/4 finalın qalibi – 1-ci 1/4 finalın qalibi (23:00, London)
7 iyul
2-ci yarımfinal. 4-cü 1/4 finalın qalibi – 3-cü 1/4 finalın qalibi (23:00, London)
Final
11 iyul
1-ci yarımfinalın qalibi – 2-ci yarımfinalın qalibi (23:00, London)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA