Sizin reklam burada728x90
Son dəqiqə:
» » Ermənistanın Rusiyaya yolu tam bağlandı

Ermənistanın Rusiyaya yolu tam bağlandı

06.01.2025, 11:59 Gündəm Çap et


   Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Axar.az xəbər verir ki, məlumatı Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan yayıb.
   “Hava şəraitinin pisləşməsi səbəbindən minik və sərnişin nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılıb”, – deyə Akopyan bildirib.
  Xatırladaq ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə quru yoldur.