sedanews.az
sedanews.az

Kremlin İrəvana təzyiqi: xilas yolu Bakıdadır

5-12-2023, 11:35 272 dəfə baxılıb

   Təbii ki, Ermənistanla Rusiya arasında müəyyən problemlər var. Rusiya tərəfi Ermənistanın asılılığından istifadə edərək müəyyən təzyiqlər göstərir.

  Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiyaya birləşdirən yeganə yol – “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində yaranan vəziyyətlə bağlı danışarkən deyib.
    Probemin uzun sürməyəcəyini deyən politoloq bildirib ki, bəzən yolun bağlanması obyektiv səbəblərdən də mümkündür:
   “Bu, zaman-zaman Azərbaycana, eləcə də Gürcüstana qarşı yürüdülən siyasət olub. Münasibətlərdə gərginlik yaranan kimi sərhəddən keçən kənd təsərrüfatı məhsullarından “xəstəlik”lər tapılırdı. İndi Ermənistanla bağlı da belə bir problem yaşanır. Amma burada obyektiv reallıq da var. Ermənistanı Rusiyaya bağlayan yeganə yol Yuxarı Larsdır. Orada da problem tək siyasi deyil. Təbiətlə bağlı amillər də var. Çox soyuq olanda qar uçqunları, şaxta olur. Yol obyektiv səbəblərə görə də bağlanır. Ermənistan çox ciddi şəkildə bu yoldan asılıdır”.
  Ekspertin sözlərinə görə, Ermənistanın Rusiya bazarlarından tamamilə sıxışdırılacağı ilə bağlı xəbərlər inandırıcı görünmür:
  “Ermənistanın Rusiya bazarlarından məhrum olunması mümkün deyil. Rusiya ilə Ermənistan arasında kifayət qədər ticarət dövriyyəsi var. Keçən il rekord həddə - 4.7 milyarda çatmışdı. Bu il beş milyardı keçəcək. Rusiya üçün də Ermənistan vacib ölkədir. Sanksiyalardan yan keçmək üçün Ermənistandan istifadə edir. Ermənistan vasitəsi ilə yarımkeçiricilər və mikro sxemlər alır. Odur ki, bu gərginliyin uzun zaman sürəcəyinə inanmıram. Bir müddətdən sonra müəyyən çözüm olacaq.     Sadəcə, Rusiya indiki vəziyyətdən istifadə edib, İrəvana müəyyən təzyiqlər etməklə məşğuldur”.
Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlasa, alternativ yolların açılmasına nail ola bilər:
  “İndi İrəvanın əlində şans var ki, Azərbaycanla sülh müqaviləsi bağlamağı uzatmasın, bəhanələr gətirməsin. Müqavilələr imzalana və kommunikasiyalar blokdan çıxa bilər. Bunun nəticəsində də Ermənistanın Şərq-Qərb, Şimal-Cənub istiqamətlərinə rahatlıqla həm dəmir yolu, həm də avtomobil vasitəsi ilə çıxış əldə etmiş olar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA