sedanews.az
sedanews.az

Rəsmilər Şəhidlər xiyabanında - Foto

20-01-2025, 12:01


Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.
Rəsmilər şəhidlərimizin ruhunu ehtiramla yad ediblər.
Bundan başqa, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Baş prokuror Kamran Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də Şəhidlər xiyabanını ziyarət edən dövlət rəsmiləri arasında olub.
Eyni zamanda mədəniyyət naziri Adil Kərimli, müdafiə sənayesi naziri Vüqar Mustafayev, səhiyyə naziri Teymur Musayev, BŞİH rəhbər Eldar Əzizov, Elm və təhsil naziri Emin Əmrullayev də Şəhidlər xiyabanını ziyarət edib.(qafqazinfo)























Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA