sedanews.az
sedanews.az

“Sərnişin daşımaq yox, insan yükləmək – 525-in gündəlik dramı”

27-11-2025, 14:57



  Masazır–Əcəmi istiqamətində hərəkət edən 525 saylı marşrut xətti son illər qismən yenilənməsinə baxmayaraq, hələ də bir çox problemlərlə yadda qalır. Sərnişinlərin redaksiyamıza daxil olan müraciətlərinə əsasən və özümün müntəzəm bu marşrutdan istifadə etdiyim üçün faktı təstiq edirəm ki, səhər və axşam saatlarında bu xətt üzrə hərəkət edən avtobuslarda sərnişin sıxlığı dözülməz həddə çatır. İnsanlar bəzən bir-birinin "belində", ayaq üstə, sıxlıq və havasızlıq şəraitdə saatlarla yol gedir. Bu vəziyyət sərnişinlərdə həm fiziki, həm də psixoloji narahatlıq yaradır.
  Bəzi sürücülərin sərnişinlərlə kobud davranışı isə vəziyyəti daha da ağırlaşdırır. "Çəkilin ortaya", "Nədi dayanmısız qapıda?!" "Elə etməyin ki, mən sizi cəzalandırım,  Əcəmiyə 4 saata çatdırım",(sanki bu onun şəxsi avtomobilidi) kimi aqressiv ifadələr artıq adi hala çevrilib. Halbuki ortada tutacaq yerlərinin olmaması, eləcə də avtobusların doluluğu sərnişinlərin manevr imkanını məhdudlaşdırır. Bu isə təhlükəli vəziyyətlərə yol aça bilər.
 Bu yaxınlarda sərnişinlərdən biri sürücüyə xırda bir iradını bildirdi ki, -Siz artıq Biləcəri dairəsinə düşmürsünüz, mən isə yarım saatdan çox marşrutu orda gözləyirəm. Sürücü kobudçasına: -Artıq 3 -4 gündü belədi, sən bilmirdin, mən nə edim? Sənə məktub yazılmalı idi? -cavab verdi. (23/11/2025/ saat 13:40 radələrində avtobus 268-nişanı)
   Bəli, kart sisteminə keçid və nəqliyyat vasitələrinin bir qisminin yenilənməsi müsbət haldır. Amma bu, əsas problemi – sərnişin sıxlığını və keyfiyyətli xidmət çatışmazlığını həll etmir, ən ümdəsi də bəzi sürücülərin psixi durumu şübhə altındadı, bu isə sərnişinlərin həyatı üçün təhlükədi.
  Təklifimiz odur ki, AYNA və müvafiq qurumlar bu xəttin yükünü azaltmaq üçün alternativlərə baxsınlar. Məsələn, 20 Yanvar dairəsindən ara-sıra hərəkət edən ya da “2E” kimi ekspres tipli bir marşrut xətti açılsa, bu həm vaxt itkisinin, həm də sıxlığın qarşısını ala bilər.
  Əgər məqsəd rahat, təhlükəsiz və mədəni ictimai nəqliyyatdırsa, niyə hələ də bu qədər sadə problemlər illərlə həll olunmur?
  Arzu Tofiqqızı
Sedanews.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA