
Masazır–Əcəmi istiqamətində hərəkət edən
525 saylı marşrut xəttinin sərnişinləri artıq bir sualla yaşayır:
“Bu əzab nə vaxt bitəcək?” Bu marşrutla hər gün işə, məktəbə, xəstəxanaya tələsən yüzlərlə insan bir növ
“sınaqdan keçirilir” – tıxac, sıxlıq, köhnə avtobuslar, sürücülərin kobud rəftarı və Bu yaxınlarda isə daha bir
“sürpriz”: avtobusun yolda xarab olması və insanların yağışın altında yola tökülməsi.
Bu hadisə təkcə bu gün yaşanmayıb. Masazır əhalisi üçün artıq adiləşmiş bir mənzərədir: səhər saatlarında avtobusun gəlməsini gözləyən yüzlərlə insan, iç-içə minib ayaqüstə tənəffüs etməyə belə yer tapmayan sərnişinlər və əlbəttə ki, əksər hallarda sərnişinlərə , kobud şəkildə
“çəkilin ortaya!” qışqıran sürücülər.
İlin sonunadək bütün köhnə avtobuslar AYNA-dan kivlərə məlumat serilib. Amma təəssüf ki, bu hələ də nəticə yoxdu. İl bitmək üzrədir, yeni ildən gözləntilər çoxdur, amma faktiki mənzərə dəyişməyib....
Sərnişinlər haqlı olaraq sual edirlər:
Niyə bu qədər insanın hər gün yaşadığı bu problemə aidiyyəti qurumlar göz yumur? AYNA bu xəttə niyə nəzarət etmir? Avtobusların sayı niyə artırılmır və köhnə avtobuslar hələ də yenilənməyib?
Əgər 525 bu tələbatı qarşılamırsa, niyə alternativ marşrut xətti açılmır?
Sual cox, cavab verən yox. Arzu Tofiqqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.