sedanews.az
sedanews.az

Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı

Bugün, 14:31


Abşeron Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.
TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.
Hadisə zamanı xəsarət alan şəxsə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Məlumata görə, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
TƏBİB qeyd edib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları daha əvvəl də müşahidə olunub və bununla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA