sedanews.az
sedanews.az

Tanınmış vəkil həbs edildi

5-03-2025, 14:40


Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.
sedanevs.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə onun barəsində hökm çıxarıb.
Hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.
Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.
Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusifovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.
A. Abbasov bildirib ki, Adəm Məmmədov və qardaşı hüquqlarını müdafiə etdiyi Ceyhun Yusifovu ağır cinayətdə ittiham edərək ona böhtan atmışdı. Söhbət A. Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan yanlış xəbərlərdən gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA