sedanews.az
sedanews.az

Güləşçimiz Avropa çempionu oldu

10-04-2025, 10:00


Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
 
sedanevs.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub.
 
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA