Avropa Kubokunda doqquz medal qazanan cüdo millimiz ikinci yeri tutdu
Avropa Kubokunda doqquz medal qazanan cüdo millimiz ikinci yeri tutdu
İspaniyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb.
Oxu.Az xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə millimiz hesabına üç medal yazdırıb.
Oğlanların mübarizəsində Nahid İsmayılov (-73 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun qızıl medalını qazanıb.
81 kq çəki dərəcəsində yarışan Əlirza Şıxəlizadə yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub.
Qızların yarışında isə Aytac Qardaşxanlı (-57 kq) bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan cüdoçuları Fuenxirola turnirində ümumilikdə iki qızıl, dörd gümüş və üç bürünc medala sahib olublar.
Millimiz oğlanlar arasında medalların əyarına görə birinci yeri, ümumi komanda hesabında isə ikinci yeri tutub.
Qeyd edək ki, İspaniyada 23 ölkədən 500 cüdoçu (297 oğlan, 203 qız) mübarizə aparıb.