sedanews.az
sedanews.az

Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar

11-04-2022, 10:04 318 dəfə baxılıb

                                    Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar



    Bildiyimiz kimi, idman gələcək nəslin sağlam genofondunun təməlində ən önəmli vasitələrdəndir. Bu səbəbdən ölkəmizdə idmanın dəyəri hər zaman yüksək qiymətləndirilir, gənclərin müxtəlif idman növlərinə yiyələnmələri, asudə vaxtlarının səmərəli keçirmələri və peşəkar səviyyədə idmanla məşğul olub uğurlu kariyeraya sahib olmaqları üçün hər bir şərait yaradılır. Ölkəmizdə idman sahələrinin hər birinə xüsusi diqqət ayrılır ki, bunlar içərisində güləş mühüm yer tutur.
Ölkəmiz çox qədim idman ənələrinə malikdir. Bu ənənələri davam etdirərək böyüməkdə olan nəslə addım-addım ötürmək ölkəmizin idman sahəsindəki siyasətinin prioritet istiqamətlərindəndir. Müstəqil Azərbaycan bu gün dünyanın bütün ölkələri tərəfindən idman ölkəsi olaraq tanınır. İdmançılarımızın Olimpiya oyunlarında, dünya çempionatlarında, qitə birinciliklərində əldə etdikləri qələbələr ölkəmizin yalnız idman sahəsindəki gücü kimi deyil, həm də Azərbaycanın beynəlxalq sahədə nüfuzlu idman ölkəsi kimi dəyərləndirilməsinə səbəb olur.
Şübhəsiz güləş Azərbaycanda ən çox sevilən idman növlərindən biridir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi "Güləş Azərbaycanda həmişə idmanın ən populyar, ən birinci növlərinin sırasındadır. Azərbaycanda güləşin böyük tarixi, böyük ənənələri var”.
Güləş idman növü sahəsindəki uğurlarımız daima yenilənir. İdmançılarımız hər bir yarışda qazandıqları uğurlarla irəliləməklə yanaşı, həm də ölkəmizin bu idman sahəsindəki səviyyəsinin yüksəltməyə davam edir.
Yaxın tarixdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatını güləşçilərimiz üçün nəticələri də ürəkaçan oldu. Beləki, Azərbaycan bu yarışda üç qızıl, altı gümüş və yeddi bürünc medal olmaqla 16 medal qazanıb. Bu, qitə çempionatında qardaş Türkiyədən sonra ən yaxşı nəticə olub. Digər qonşumuz Gürcüstan isə bu turnirdə 11 medal qazanmaqla üçüncü yer, Macarıstan isə doqquz medalla beşinci olub.
Azərbaycanın sərbəst güləşdə baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında bir qızıl, dörd gümüş və iki bürünc medal qazanmaqla üçüncü dəfə Avropa çempionu olub. 
Cəmi üç idmançı ilə yarışa qatılan qadın millimiz isə bir gümüş medal qazanıb.
İki qızıl, bir gümüş və beş bürünc medal qazanan Aleksandr Tarakanovun baş məşqçisi olduğu yunan-Roma güləş millimiz isə ilk dəfə Avropa çempionu olub.
Zəfər qazanmış ölkənin idmançılarının bu uğurları təqdirəlayiqdir. Çünki rəşadətli Azərbaycan ordusunun döyüş meydanındakı uğurunun davamını biz beynəlxalq arenada qazanan idmançılarımızdan görürük. 
Ölkə təmsilçilərinin qələbəsindən sonra dövlət bayrağının qaldırılması, himninin səsləndirilməsi 44 günlük müharibəni qələbə ilə bitirən Azərbaycanın hər bir vətəndaşı üçün qürurvericidir. Təsadüfi deyil ki, Azərbaycanın adı bu gün dünyanın aparıcı güləş ölkələri sırasında çəkilir. Statistika da göstərir ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında da əldə edilən qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür.
Bu gün igid oğullarımızın tarixi zəfər ilə qürurlanarkən, idmançılarımızın da öz vəzifələrini layiqincə yerinə yetirərək bizi davamlı qələbə sevincini yaşatdıqları üçün təşəkkür edirik. Uğurlarımızın davamlı olacağına inanırıq. Çünki ölkəmiz və dövlət başçımız irəliləməyi, uğurlu olmağı qarşısına məqsəd qoymuş və bunun üçün dayanmadan çalışan hər bir idmançının yanındadı, lazımi dəstəyi verməkdədir.

                                                          Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin 
                                                                     müəllimi Nigar Mehdizadə








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA