sedanews.az
sedanews.az

“İstisu” Belarus bazarına çıxacaq

5-05-2025, 17:24


Azərbaycanın “İstisu” mineral suyu yaxın gələcəkdə Belarus bazarına çıxacaq.
Bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakı şəhərində keçirilən Azərbaycan–Belarus biznes-forumu çərçivəsində etdiyi çıxışda deyib.
“Artıq “İstisu” mineral suyunun Belarusa tədarükü üzrə müqavilə imzalanıb. Məhsul laborator sınağa göndərilib və biz mütəmadi ixracın tez bir zamanda başlayacağına ümid edirik”, - deyə o bildirib.
Y.Abdullayev qeyd edib ki, “İstisu” mineral suyunun xarici bazara çıxması xüsusi önəm kəsb edir:
“İstisu” mineral suyunun ixracı bizim üçün təkcə ticarət layihəsi deyil, o, eyni zamanda, azad olunmuş ərazilərin dirçəliş rəmzidir”.(trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA