sedanews.az
sedanews.az

Zaman əlimizdən sürüşür, yoxsa dünya dönməyə tələsmir?

Dün, 12:54



    Sutka həqiqətən qısalıbmı, yoxsa biz artıq zamana uduzuruq?

  Günlər bir göz qırpımında keçir, aylar hiss olunmur, illər sanki bir neçə fəsilə bərabərdir... Bu hal sizə də tanışdır? Artıq bir çox insanlar zamanın əvvəlki kimi axmadığını düşünür. Hətta sosial şəbəkələrdə belə iddialar dolaşır ki, “artıq sutka 24 saat yox, 19 saatdır”. Bəs bu doğrudurmu?    Zaman doğrudan da dəyişib, ya biz dəyişmişik?
   Elm nə deyir?
 Əslində Yer kürəsinin öz oxu ətrafında tam bir dövrü 23 saat 56 dəqiqə 4 saniyədir. Bu, min illərdir belədir. Lakin alimlər 2020-ci ildən bu yana Yerin fırlanma sürətində mikro səviyyədə sürətlənmə qeydə alıblar. Məsələn, 2020-ci ildə tarixdəki ən qısa sutka yaşanıb – 1.46 millisaniyə daha az.
  Bu rəqəmlər insan üçün hiss ediləsi deyil, amma çox dəqiq saatlarla ölçülə bilir. Bu o deməkdir ki, zaman rəsmi olaraq hələ də 24 saatdır, lakin Yerin ritmi azacıq dəyişib.
  Bəs niyə biz zamanın “uçduğunu” hiss edirik?
 Bu hissin əsas səbəbləri bunlardır: Rutin həyat və təkrar – Beyin yeni təcrübələri qeydə almadıqda, zaman “qısalmış” kimi hiss olunur, informasiya seli və texnoloji təzyiq – Zamanı bölmək çətinləşir, çünki hər dəqiqə xəbər, bildiriş, mesaj içindəyik, stress və vaxt çatışmazlığı – İnsan planladığı işlərin çoxunu çatdırmadıqda zamanın yetmədiyini düşünür və nəhayət aş artdıqca zamanın “hiss edilən sürəti” artır – bu elmi sübut olunmuş psixoloji faktdır.
   Zamanla yarışan insanlıq – biz nəyin içindəyik?
  Əgər zaman əvvəlkindən tez keçirsə, bəlkə də problem zamanın özündə yox, onu necə yaşamağımızdadır. Süni işıq, 24/7 internet, sosial media və plansızlıq insanı zamana qarşı gücsüz edir.
  Bugünkü həyat tərzi bizə 24 saatı belə az göstərir. Halbuki zamana nəzarət etmək bizim öz əlimizdədir.
   Zaman dəyişməyib, biz dəyişmişik!
 Fiziki baxımdan zaman hələ də 24 saatdır.
 Psixoloji baxımdan isə zaman artıq bizim idarə edə bilmədiyimiz bir axına çevrilib.
 Zamanı “dayandırmaq” mümkün olmasa da, onu hiss etmək və yaşamaq bizim seçimimizdir.
 Bu gün telefonu 1 saat kənara qoyub, təbiətə çıxsaq, yaxınlarımızla vaxt keçirtsək və zamanın necə yenidən bizə qayıtdığını görərik.

   Sedanews.az










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA