sedanews.az
sedanews.az

Xalq artisti Aleksandr Şarovski vəfat edib

Bugün, 10:00


Aleksandr Şarovski vəfat edib. 
sedanevs.az xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda deyilir:
“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”
Qeyd edək ki, Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakıda anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb, 1976-cı ildən isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Şarovski 1993-cü ildən sözügedən teatrın baş rejissoru olub. Uzunmüddətli yaradıcılığı ərzində səhnədə 50-dən çox obraz yaradıb, 50-dən artıq tamaşaya quruluş verib. O, həmçinin “Qorxma, mən səninləyəm”, “Lətifə”, “Hökmdarın taleyi” və digər filmlərdə rol alıb.
Aleksandr Şarovski 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Görkəmli sənətkar “Şöhrət” və “Şərəf” ordenləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
O, həmçinin Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA