Sizin reklam burada728x90
Son dəqiqə:
» » Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir - VİDEO, YENİLƏNİB

Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir - VİDEO, YENİLƏNİB

30.05.2023, 12:06 Mədəniyyət Çap et


  Elxan Qasımov Xırdalanda oğlunun yanında dəfn ediləcək
  Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.
REAL xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.
  Mərasimdən sonra E.Qasımov Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.
Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.
REAL