Bel ağrıları nəyi göstərir? – Gözardı edilən təhlükə və düzgün müalicə yolları
![]()
Müasir dövrdə, xüsusilə oturaq həyat tərzi keçirən insanlarda bel nahiyəsində ağrılar çox rast gəlinən problemlərdəndir. Xüsusən də belin aşağı hissəsində – oma-sakral nahiyədə yaranan ağrılar həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Çoxları bel ağrılarının yalnız yaşlı insanlara xas olduğunu düşünür. Lakin son zamanlar bu problemə 30 yaşdan aşağı insanlar da tez-tez rast gəlirlər. Əlamətləri görməzlikdən gəlmək vəziyyətin pisləşməsinə və müalicənin çətinləşməsinə səbəb olur.
Bel ağrılarının yaranma səbəbləri müxtəlif olsa da, onların arasında ən çox rast gəlinənlər:
Onurğa disklərinin yırtığı (bel yırtığı) – Disk yırtıldıqda sinirlərə təzyiq göstərir, nəticədə oturmaq, qalxmaq, əyilmək ağrılı olur.
Osteoxondroz – Fəqərə disklərinin zədələnməsi ilə bağlı degenerativ xəstəlikdir.
Sakroiliit – Onurğa və çanaq sümüyü arasında oynaqda iltihab.
Əzələ və bağ gərginliyi – Çox vaxt qəfil hərəkətlər və ağır yük qaldırmaqla bağlı olur.
Postural problemlər (skolioz və s.) – Onurğanın düzgün vəziyyətdə olmaması beldə gərginlik yaradır.
Ən önəmlisi – dəqiq diaqnoz. Bunun üçün MRT (maqnit-rezonans tomoqrafiyası) əsas müayinə üsuludur.
Nevroloq, ortoped və ya vertebroloq tərəfindən müayinədən keçmək vacibdir.
Əgər bel ağrıları uzun müddət keçmirsə — bu sadəcə yorğunluq deyil, onurğa sütunu ilə bağlı ciddi pozuntuların əlaməti ola bilər. Müalicəni gecikdirməyin — mütləq həkimə müraciət edin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: