sedanews.az
sedanews.az

Azərbaycan nümayəndəsinin iştirakı ilə Dohada Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin 298-ci sessiyası keçirilir - FOTO

14-01-2026, 15:51

  Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak edib.
  Sedanews.az Milli.Az-a  istinadən xəbər verir ki, Qətərin Məşvərət Məclisi (parlamenti) tərəfindən təşkil olunan tədbir 13-14 yanvar tarixlərində Dohada keçirilir.
  Sessiya çərçivəsində gündəmdə olan geniş məsələlər müzakirə olunub.
Müzakirələrdə əsas diqqət IPU-nun mövcud strategiyasının həyata keçirilməsi ilə bağlı vəziyyətin qiymətləndirilməsinə, habelə yeni beşillik strategiyanın ümumi istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldilib.
  Bundan əlavə, IPU-nun rolunun gücləndirilməsi və onun mexanizmlərinin səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra təşkilati və parlamentar məsələlər müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA