Özbəkistan son nöqtəni qoydu: KTMT-yə üzv olmuruq!
Özbəkistanın yerli terror qruplaşmalarının hücumlarını dəf etmək təcrübəsi var, ciddi xarici təhlükə yaranarsa, ölkənin KTMT-yə qayıtması ehtimalı azdır, lakin müttəfiqlik münasibətləri çərçivəsində yardım üçün Rusiyaya müraciət edəcək. Bunu Özbəkistanın Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyar Yerqaşev Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərini şərh edərkən bildirib.
"Özbəkistanda vəziyyəti ayıq və sakit şəkildə qiymətləndirirlər və başa düşürlər ki, ölkədə “yatmış” terrorçu və ekstremist hüceyrələr var. Amma bu, bir neçə minlik böyük, güclü və koordinasiyalı bir hərəkat olacaqsa, o zaman kömək lazım ola bilər. Özbəkistan isə KTMT-yə deyil, 2005-ci ildə müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladığı ölkəyə üz tutacaq. Bu isə Rusiyadır", - Yerqaşev söyləyib.
Yerqaşev qeyd edib ki, ölkəsi siyasi bloklarda təmsil olunmayacaq:
"Özbəkistanda Qazaxıstandakı vəziyyətdən fərqli olaraq, elita daxilində ciddi ziddiyyətlər yoxdur. Əsas məsələdə konsensus var - bu, Özbəkistanın hərbi-siyasi bloklarda və təşkilatlarda iştirak etməyəcəyidir və KTMT də konkret olaraq bura daxildir".
Qeyd edək ki, A.Lukaşenko Qazaxıstanda baş verənlərdən Özbəkistanın nəticə çıxarmalı olduğunu, bu ölkəni terror təhlükəsi gözlədiyini bildirmişdi.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.