sedanews.az
sedanews.az

Rusiya sanksiya təklif etsə, Ermənistan çökəcək - Aramyan

8-03-2024, 18:48 229 dəfə baxılıb

Rusiya sanksiya təklif etsə, Ermənistan çökəcək - Aramyan

 

Rusiyanın Ermənistana yönəlik addımları iqtisadi deyil, daha çox siyasi xarakter daşıyacaq.      
     Yenipress.az  xəbər verir ki, bunu Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan deyib.
“İrəvan Moskva üçün öz rolunu həddən artıq qiymətləndirir, bunu iqtisadi göstəricilər də sübut edir. Rusiyanın Qazaxıstan, Türkiyə və Gürcüstan kimi başqa məqbul alternativləri var. Ermənistanın proporsional alternativi yoxdur. Rusiya ilə münasibətlərin korlanması işsizlik və ağır sosial vəziyyət deməkdir. Onsuz da Ermənistanda aşağı və orta gəlirli insanlar 2018-ci ildən əvvəlkindən daha pis yaşayır. İnsanlar qaz əvəzinə odun yandırmağı gözləyirlərsə, bu o deməkdir ki, sənaye və kənd təsərrüfatında problemlər daha da ağırlaşacaq. Rusiya ilə qarşıdurma Ermənistana turist axınına da mənfi təsir göstərəcək. Transferlər baxımından da Rusiya ilə bağlıyıq. Bəs Rusiya məhdudiyyətlər tətbiq etsə, Ermənistan hakimiyyəti nə edəcək? Qərb bütün bu itkiləri kompensasiya edə biləcək vədlər veribmi? Məsələn, Gürcüstana belə dəstək verilib. İrəvan hakimiyyətinin AB-yə daxil olmaq üçün ərizə vermək barədə bəyanatına gəlincə, bu, vaxt və ciddi səy tələb edir, Avropa bazarına çıxmaq çox çətindir, ciddi xərclər tələb edir. Hakimiyyət əsaslandırılmış qərarlar qəbul etməlidir. Rusiya qazını İran qazı ilə əvəz etmək heç də göründüyü qədər sadə deyil. Çünki həcmləri Rusiyanın təmin etdiyi səviyyəyə çatdırmaqla bağlı qaz kəmərinin ötürmə qabiliyyətində problem var. Bu, İranın tədarükündən 7 dəfə çoxdur. İran qaz tədarükünü artırmağa hazır olsa belə, o zaman bu, hansı qiymətə olacaq? Azərbaycandan nəzəri danışsaq, təbii ki, bunun müqabilində əlavə tələblər irəli sürəcək”, - o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA