sedanews.az
sedanews.az

İsrail aviasiyası Tartusu vurdu

16-12-2024, 10:11



  İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi gecə saatlarında Suriyanın Latakiya və Tartus əyalətlərindəki hərbi obyektlərə zərbələr endirib.
 Bu barədə “RİA Novosti” yerli mənbələrə istinadən məlumat yayıb.
“İsrail hərbi təyyarələri Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərindəki hərbi hədəflərə raket zərbələri endirib. Tartus və Latakiya əyalətlərində güclü partlayış səsləri eşidilib”, - mənbə bildirib.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri Həma və Xüms əyalətlərindəki hərbi hədəflərə də hücum edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA