Qalibiyyət ruhlu xalq
Qalibiyyət ruhlu xalq
“Heydər Əliyev dahi
şəxsiyyət, uzaqgörən lider,
cəsarətli insan idi”.
İlham Əliyev
Bir əsr bundan əvvəl - 1923-cü il may ayının 10-da dünyaya gəlmiş bir oğlan
uşağının, yəqin ki, gələcəkdə bəşər tarixində hansı izlər qoyacağını heç kim hiss
etməmiş, duymamışdı…
Bu tarixi şəxsiyyətin illər sonra xalqımız üçün dəyəri qərinələr bir-birini əvəz
etdikcə bariz şəkildə, ardıcıl inkişaf timsalında duyulacaq, qiymətləndiriləcəkdi…
Heydər Əliyev cahanşümul, titanik məqsədyönlü fəaliyyəti, yorulmaq
bilməyən səyləri Azərbaycanı Sovet dövründə də, müstəqillik illərində də inkişaf
etmiş dünya dövlətləri sırasında mötəbər layiqli yerə ucaltmışdır.
Ömrünü vətəninə xidmətə həsr etmiş Ulu Öndər hələ zərif təməllər üzərində
dövlət müstəqilliyi qurmağa çalışan Azərbaycana siyasi ruh vermiş, etibarlı
təməllər üzərində dirçəltmişdir.
Ümummilli Lider Heydər Əliyevin şərəflə keçdiyi ömür yoluna ekskurs
etməli olsaq, xalqımızın bu müdrik, şərəfli övladının öndərliyi ilə əldə etdiyi
misilsiz nailiyyətlərin salnaməsi göz önümüzə gələr.
Milli şüurumuzun əsil intibah dövrü kimi tarixə həkk olunan bu illər siyasi və
iqtisadi bağımsızlığımızın təməl mərhələsi olmuş və dönməz davamlı inkişaf
mərhələsinə qədəm qoymuşdur.
Əgər müstəqilliyimizin ilk illərində Azərbaycan bu dahi şəxsiyyətin tarixi
nüfuzu sayəsində tanınmağa başlamışdısa, sonrakı mərhələlərdə ölkəmiz dünya
siyasi və iqtisadi arenasında layiqli mötəbər yerə nail olmasıyla məşhurlaşmış və
aparıcı lider yerlərə ucalmışdır.
Hələ Sovet İttifaqı tərkibində olduğu dövrdə Heydər Əliyev Azərbaycanı ən
qabaqcıl iqtisadi sənaye, aqrar, mədəniyyət, təhsil sahələrində tərəqqisi ilə
görünməmiş nailiyyətlərlə böyük uğurların etibarlı təməlini qoymuşdu.
Daha sonralar müstəqillik dövrümüzdə Heydər Əliyev öz dühası ilə siyasi
istedadını, zəngin idarəçilik səriştəsini tətbiq etməklə xalqının firavanlığı və
dövlətin müstəqilliyi yolunda geridönməz uğurlara imza atdı.
Ulu Öndərin Azərbaycana ən ümdə töhvələrindən başlıcası ən layiqli siyasəti
varisinin yetirməsindədir. Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində
qurulmuş Azərbaycan idarəçilik sükanını qəbul etmiş İlham Əliyev dövləti və xalqı
tarixdə görünməmiş zirvələrə ucaltmışdır.
Bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, hərbdə, mədəniyyətdə, elmdə -
rifahi inkişafda əsaslı və davamlı inkişaflı islahatlar həyata keçirilmiş, ölkəmiz
regional lider dövlətə çevrilmişdir.
Ali Baş Komandan İlham Əliyevin siyasi-hərbi istedadı sayəsində
Azərbaycanımızın ərazi bütövlüyü bərpa edilmiş, Vətənimizin ürəyi Qarabağ
həsrətinə son qoyulmuş, Zəfər əzmi hər bir Azərbaycanlının qəlbinə hakim
kəsilmiş, bizi Qalibiyyət Ruhlu xalqa çevirmişdir!
Heydər Əliyevin ruhu bugün şaddır! Onun görmək istədiyi Azərbaycan
dünyanın sayılıb-seçilən dövlətləri sırasında ən öndə nüfuzlu yer almışdır, inamlı,
dönməz addımlarla davamlı inkişafını şərəflə təmsil etdirir.
Baqir Cəfərli
İctimai fəal