Dekabrın 8-dən etibarən bağlı olan Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanlarının fəaliyyəti təyyarələrin qəbulu və yola salınması üçün hələlik yalnız xüsusi icazələrlə bərpa edilib.
APA xəbər verir ki,bu barədə aviadispetçerlər tərəfindən yayılan xüsusi NOTAM mesajlarında deyilir.
“Mülki aviasiya nəzarəti orqanının xüsusi icazəsi ilə həyata keçirilən uçuşlar istisna olmaqla, hava limanına/hava limanından bütün uçuşlar dayandırılıb”, - məlumatda qeyd olunur.
Məhdudiyyət müddəti dekabrın 12-si saat 20:00-dan dekabrın 18-i saat 15:00-dək müəyyən edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.