sedanews.az
sedanews.az

ABŞ Zəngəzur qarşılığında Bakıdan bunu istəyir

10-07-2024, 08:55 218 dəfə baxılıb


  Son dövrlərdə ABŞ-ın regionumuza marağı artıb. Ötən ay ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Ermənistan və sonra Azərbaycana səfəri və NATO sammitinə dəvət bundan xəbər verir.

  Bu sözləri Axar.az-a NATO-nun Vaşinqtonda keçirilən sammitində Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşü barədə danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
  Siyasi şərhçi ABŞ-ın danışıqlar masasında özünü tərəfləri yaxınlaşdıran güc kimi önə çıxarmaq niyyətində olduğunu qeyd edib:
“Rəsmi Vaşinqtonun məqsədi danışıqlar masasındakı aktivliyi öz xeyrinə yazmaqdır. Yəni ABŞ-ın səyləri nəticəsində tərəflərin sülh müqaviləsini imzalamağa daha yaxın olduğunu göstərmək istəyirlər. Halbuki rəsmi Bakı yalnız vasitəçisiz görüşlərdə müsbət irəliləyiş əldə edildiyini, keçmiş Minsk Qrupu formatı və digər görüşlərin problemin həllini illərlə ləngitdiyini dəfələrlə vurğulayıb”.
  Rizvan Hüseynov ABŞ-ın Azərbaycanın Ermənistandan tələblərində kompromisə getməsinə çalışdığını bildirib:
“ABŞ-ın son aktivliyinin digər səbəbi Azərbaycanın konstitusiya tələbində Ermənistana güzəştə getməsinə nail olmaqdır. Qarşılığında isə Obrayenin ölkəmizə səfəri zamanı da dediyi kimi, Orta dəhlizin ( Zəngəzur dəhlizi – red.) açılmasına hər cür dəstək verəcəklərini vurğulayırlar. Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad edilib. Müstəqillik Bəyannaməsində isə Qarabağ Ermənistan torpağı kimi göstərilib. Vaşinqton ölkəmizə qarşı ərazi iddialarını təsbit edən hissələrlə bağlı dəyişikliklərin sonraya saxlanılmasını istəyir. Lakin dövlətimiz tam haqlı və qətiyyətli şəkildə bu dəyişikliyin dərhal aparılmasını tələb edir. Cənab İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən də bu tələbi konkret və qəti şəkildə dilə gətirib”.
    Ekspert Azərbaycanın öz mövqeyindən geri çəkilməyəcəyini vurğulayıb:
   “Fikrimcə, Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcəyi təqdirdə bəhs etdiyimiz məsələlər müzakirə ediləcək. Azərbaycanın mövqeyi qətidir, Ermənistan isə sözügedən dəyişiklikləri hansı formada aparacağı barədə ABŞ ilə məsləhətləşə bilər. İndiki məqamda yalnız sülh müqaviləsini təşkil edən prinsiplərlə bağlı yol xəritəsi mahiyyətində hansısa bəyannamənin, məramnamənin imzalanması mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA