sedanews.az
sedanews.az

Azərbaycan səfiri COP29 qlobal atəşkəs təşəbbüsü ilə bağlı nüfuzlu “The Guardian” qəzetində

24-09-2024, 10:36 217 dəfə baxılıb


  Azərbaycan səfiri COP29 qlobal atəşkəs təşəbbüsü ilə bağlı nüfuzlu “The Guardian” qəzetində yazır.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “The Guardian” qəzetində Azərbaycanla bağlı dərc edilmiş məqaləyə cavab verib.
  Diplomatımız cavab məktubunda bildirilib ki, olimpiya oyunlarında olduğu kimi, Azərbaycan COP29 tədbiri keçirildiyi müddətdə dünyada davam edən münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmaqla atəşkəsə dəvət edir. Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən artıq davam edib və iki ölkə arasında hazırda aparılan sülh danışıqlarının nəticəsi olaraq COP29-a ev sahibliyi etməsi üçün Azərbaycanın namizədliyinin Ermənistan tərəfindən dəstəklənməsi təqdir edilməlidir. Tərəflər son 30 ildə sülhə hələ bu qədər yaxın olmayıb və dünyada geosiyasi gərginliyin artdığı bir zamanda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ümidvericidir. 
  Eyni zamanda Azərbaycanın silahlı qüvvələrinin mövcud olmasının sülhə təhlükə törətdiyini iddia etmək əsassızdır. Bu məntiqlə bütün dünya dövlətləri sülhməramlı fəaliyyətdən imtina etməli və BMT Təhlükəsizlik Şurası buraxılmalıdır. Odur ki, Azərbaycanın COP29 qlobal atəşkəs təşəbbüsü nə “ikiüzlülük”, nə də “süni PR” kimi qiymətləndirilə bilər. 
 Ermənistan tərəfindən onilliklər boyu qeyri-qanuni işğal altında saxlanılan torpaqlarda Azərbaycanın “etnik təmizləmə” həyata keçirdiyi iddiası dəfələrlə təkzib olunub. Hətta Ermənistanın təşəbbüsü ilə çağırılmış BMT Təhlükəsizlik Şurasının iclasında da bu qənaətə gəlinib. Həmin torpaqların statusu isə heç vaxt “mübahisəli” olmayıb. BMT və dünyanın hər bir dövləti, o cümlədən Ermənistanın hazırkı rəhbərliyi həmin əraziləri Azərbaycanın suveren ərazisi kimi tanıyır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA