sedanews.az
sedanews.az

Tariximizin ən şanlı səhifəsi- Zəfərimizin 5-ci ili mübarək!

7-11-2025, 15:41




  Noyabrın 8-də biz tarixi bir Zəfərin 5-ci ildönümünü qeyd edirik. Bu Qələbə — şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və xalqımızın birliyi sayəsində əldə olundu. Ən başda isə bu zəfər, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
  Pandemiyanın tüğyan etdiyi, çətin relyefli Qarabağ torpaqlarında 44 gün ərzində dünyada bənzəri olmayan bir müharibə aparıldı. Ordumuz əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi və tariximizin ən şanlı səhifəsini yazdı.
  Bu gün həm sevinc, həm də kədər günüdür. Sevinirik, çünki torpaqlarımız azaddır. Kədərlənirik, çünki bu zəfərin bədəli canla, qanla ödənib.
  Bayramınız mübarək, Azərbaycan xalqı!  Başınız həmişə uca olsun, şəhid və qazi valideynləri, bacı-qardaşları. Siz bizim qürur yerimiz, qibləgahımızsınız.
  QARABAĞ-AZƏRBAYCANDIR!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA